
Ərdoğan xəbərdarlıq etdi: Ordu hərəkətə keçdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bir gecə qəfildən gələ bilərik" sözlərindən sonra ordu İdlibdə mövqelərini daha da möhkəmləndirib.
XEBERTV.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, türk ordusu Əsəd qüvvələrinin İdlibə hücumlarının qarşısını almaq üçün yeni məntəqələr inşa edib, hərbi texnikaları ön cəbhəyə yerləşdirib.
Qeyd edək ki, Ərdoğan bu gün AKP-nin qrup toplantısında Suriyada bu ana qədər arzu edilən nəticə əldə edilmədiyini bildirib:
“Masada bizim istədiyimiz yerin çox uzaqda olduğu reallıqdır. Türkiyə İdlib məsələsində öz hərəkət planına uyğun olaraq hazırlığını görüb. “Bir gecə qəfildən gələ bilərik” deyirik. Daha açıq ifadə ilə İdlib əməliyyatı bir an məsələsidir”.