Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 19 Şub 2020, 14:37   
        529


    BAKI-XEBERTV.AZ
    Moskva Türkiyənin İdlibdə müharibə başlamaq istəyinə münasibət bildirib

    Dmitri Peskov
    Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə ordusunun İdlibdə hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.
    TASS xəbər verir ki, D.Peskov Türkiyənin Suriyaya qarşı mümkün hərbi əməliyyatlarını İdlibdə hadisələrin inkişafı baxımından ən pis ssenari adlandırıb.

    Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı arasında telefon danışığı barədə konkret plan yoxdur.

    “Lakin bununla belə yaxın saatlarda prezidentlər arasında telefon danışığı baş tuta bilər”, - deyə D.Peskov vurğulayıb.

    Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında aparılan danışıqlarda nəticə əldə edilməyib. Rusiya XİN başçısı Moskvada aparılan danışıqlarda Rusiyanın Türkiyəyə qarşı yeni bir tələb irəli sürmədiyini də vurğulayıb.

    “Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı Rusiya və Türkiyə arasındakı memorandumun şərtləri yerinə yetirilməlidir”, - deyə S. Lavrov qeyd edib.Publika.az
    loading...