Xəbər lenti
Axtar
18 Şub 2020, 21:10   
    490


"Qarabağ münaqişəsinin həllinə dair..." - Aİ rəsmisindən açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparıblar.

XEBERTV.AZ xəbər verir ki, görüş zamanı həmçinin Ermənistanla Aİ arasındakı münasibətlərdən də bəhs edilib.

Eyni zamanda Aİ nümayəndəsi Ermənistanın müdafiə naziri David Tonoyanla da görüşüb. T.Klaar görüşdə bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini tam şəkildə dəstəkləyir və bu formatdakı danışıqların fəallaşmasına töhfə verməyə hazırdır.//Report.az
loading...