Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 15 Şub 2020, 16:46   
        355



    EKSPERT: İşğal olunmuş ərazilərin qaytarılmasına Kəlbəcərdən başlamaq lazımdır - VİDEO

    EKSPERT: İşğal olunmuş ərazilərin qaytarılmasına Kəlbəcərdən başlamaq lazımdır
    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yanvarın 30-da baş tutmuş görüşdə “azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə yaşayış bölgələrinin yaradılmasının” müzakirə edildiyini bildirib. Qarabağ separatçılarının “tş”sinin sabiq rəhbəri Vitali Balasanyan isə Cenevrə görüşlərində birgə yaşayış bölgələrinin Laçının cənubunda yaradılması və burada sülhməramlı qüvvələrin yerləşməsinin müzakirə edildiyini deyib.

    XEBERTV.AZ xəbər verir ki, bu bəyanatları Axar.az-a şərh edən rusiyalı politoloq Aleksey Anpiloqov bildirib ki, diqqətçəkən məqam açıqlamaların Paşinyanın siyasi rəqibləri və onların Dağlıq Qarabağda keçirilən “seçkilər”də əlaltıları tərəfindən verilməsidir.

    “Od olmasa, tüstü çıxmaz. “Paşinyan sülh naminə Azərbaycanın xeyrinə nədən keçməyə hazırdır” sualı mənim üçün hələ də açıq olaraq qalır”, - Anpiloqov deyib.

    Politoloq Laçın rayonunun qaytarılmasının müzakirə edildiyini düşünmür:

    “Çünki bu, Ermənistan üçün fəlakətlə nəticələnər”.

    Onun sözlərinə görə, gedən söz-söhbətlər ermənilərin seçkiqabağı kampaniyasından başqa bir şey deyil. Əgər həqiqətən belə bir danışıqlar aparılıbsa və yerinə yetiriləcəksə, bu alqışalayiqdir:

    “Paşinyan işğaldakı bir sıra əraziləri Azərbaycana qaytarmağa hazırdır. İşğal olunmuş ərazilərin qaytarılmasına isə Kəlbəcərdən başlamaq daha realdır”, - deyə politoloq qeyd edib.

    loading...