Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 23 Kas 2019, 18:34   
        438


    İrana hücum planı hazırlayan “Amerika qırğısı” geri döndü və... – SİRLƏR AÇILIR

    ABŞ prezidentinin milli təhlkəsizlik üzrə keçmiş müşaviri Con Bolton istefa verməsindən iki ay sonra üzə çıxıb.

    XEBERTV.AZ xəbər verir ki, Bolton sonuncu dəfə sentyabrın 10-da Tvitterdə mesaj paylaşmışdı.

    “Dünən axşam istefa ərizəmi prezident Trampa təqdim etdim. Prezident isə sabah danışarıq dedi” – Boltonun sonuncu paylaşımı belə idi.

    Ardınca o, istefa verdi və bu istefanın arxasında ciddi məsələlərin olduğu haqda fikirlər var idi. İstefadan sonra o, demək olar ki, yoxa çıxmışdı.

    İki ay sonra yenidən tvit atan Bolton belə yazıb: “İki aydan sonra Tvitterə geri dönmək gözəldir. Hadisələrin arxa planını bilmək istəyirsinizsə, məni izləyin”.



    Növbəti tvitində isə o, şəxsi Tvitter hesabına Ağ Ev tərəfindən müdaxilə edildiyini iddia edib.

    “Milli təhlükəsizlik müşaviri vəzifəsindən istefa edəndən sonra haqsız şəkildə müdaxilə edilən Tvitter hesabımı xilas edə bildim. Ağ Ev şəxsi Tvitter hesabıma daxil olmağı yenidən təmin etməyi rədd edirdi. Açıqlayacaqlarımdan qorxduqları üçünmü? Yoxa çıxdığımı deyənlərdən üzr istəyirəm, sizi məyus etdiyim üçün” – Bolton tvitində yazıb.

    Qeyd edək ki, “Amerika qırğısı” adlandırılan Con Boltonun Trampla Venesuela və Şimali Koreya məsələsində fikir ayrılığının olduğu deyilirdi. Bununla yanaşı, Bolton İrana hərbi müdaxilənin də qatı tərəfdarı kimi çıxış edirdi. İndi İranın qarışdığı bir dövrdə onun yenidən gün üzünə çıxması və Tramp Administrasiyasına qarşı “sirləri açaram” təhdidini irəli sürməsi diqqət çəıkir.publika.az
    loading...