Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 18 Kas 2019, 19:43   
        464




    İran hökuməti acizdir: aksiya nəzarətdən çıxır

    ABŞ-ın niyyətini, məqsədini anlamaq çox çətin məsələdir. İranda kiçik qığılcım yaranan kimi rəsmi Vaşinqtondan dərhal açıqlama gəldi: “ABŞ İran xalqının yanındadır”. ABŞ-ın Misir, Liviya, Suriya, Ukrayna ilə bağlı verdiyi açıqlamalarda da təqribən bu ifadələr yer alırdı.

    XEBERTV.AZ xəbər verir ki. bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İranda baş verən etirazlar haqqında danışarkən deyib. O bildirib ki, ABŞ bu aksiyalardan öz xeyrinə istifadə edərək, İranda vəziyyəti ələ almağa çalışacaq:

    “İranda problemlərin aradan qaldırılması istiqamətində əməli işlər görülmür. Benzinin qiymətinin 3 dəfəyə qədər artırılması xalqı daha çox hiddətləndirdi. İran hökuməti baş verən bu hadisələr qarşısında aciz qalıb. Çünki ABŞ-ın tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatını o qədər zəiflədib ki, Tehranın qiymət artımları etməkdən başqa yolu yox idi. Amma təbii ki, sosial durumu çox ağır olan xalq bütün bunlarda hökuməti günahlandırır. Düşünürəm ki, bu aksiyaların miqyası genişlənsə, Tehran hakimiyyətinin vəziyyəti heç də yaxşı olmayacaq”.

    Q.Hüseynli bildirib ki, İranda baş verənlər Tehranın düşmən saydığı dövlətlər tərəfindən diqqətlə izlənilir:

    “Tramp və Netanyahunun bəyanatları onu sübut elədi ki, İranda baş verənlər Tehranın düşmən saydığı dövlətlər tərəfindən diqqətlə izlənilir. Düzdür, bu münasibəti şişirdənlər də var. Ancaq İranda ciddi şəkildə sosial problemlər mövcuddur. İraq, Suriya və Yəməndə baş verənlərə daha çox diqqət ayrıldığından ölkə iqtisadiyyatında islahatlar dayandırılıb. Sosial sahədə durğunluq hökm sürür, gənclər çoxsaylı problemlərlə üz-üzədir. Sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlər də mövcud ifadə azadlığı üçün əlavə maneələr yaradır”.

    Politoloq bildirib ki, 2015-ci il iyulun 15-də imzalanan razılaşmadan sonra aradan qaldırılan sanksiyalar İranın nəfəs alması üçün ciddi bir hadisə idi, lakin Tehran bunu yetərincə qiymətləndirə bilmədi:

    “Etiraz aksiyaları da bunun ilk təzahürlərindəndir. Aksiyanın xarici dövlətlər tərəfindən təşkilinin iddia edilməsi isə İran hakimiyyətinin təbliğatı sayıla bilər. İranın 40 ilə yaxındır həllini gözləyən çoxsaylı problemləri var. Ötən illər ərzində ölkədə islahatların aparılmaması, yaxud həyata keçirilməsi nəzərdə tutulan bu proseslərin yarımçıq qalması əlavə gərginliyin yaranmasına səbəb olub”.

    Qeyd edək ki, İran hökuməti benzinin qiymətini 3 dəfə bahalaşdırıb. Bunun ardınca kütləvi aksiyalar başlayıb, toqquşmalar yaşanıb. Polislə qarşıdurmalarda 27 nəfərin öldüyü, 1000-ə qədər insanın həbs edildiyi vurğulanır.
    loading...