Xəbər lenti
Axtar
20 Eki 2019, 15:35   
    545



ABŞ Suriyadan çıxardığı qoşunları bu ölkəyə göndərir

İŞİD-lə mübarizə üçün minə yaxın ABŞ hərbçisi Suriyanın şimal-şərqindən İraqın qərbinə köçürülür.

XEBERTV.AZ xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Mark Esper deyib.

Onun sözlərinə görə, hazırda ABŞ əsgərlərinin Suriyanın şimal-şərqindən köçürülməsi prosesi davam edir.

“Cari plan bu qüvvələrin İraqın qərbində yerləşdirilməsindən ibarətdir”, - Esper bildirib.Axar.az
loading...