
Tiflis səması təyyarələrin üzünə bağlandı
Gürcüstan Mülki Aviasiya Agentliyi Tiflis üzərində uçuşları NATO-nun “Çevik ruh 2019” təlimi ilə əlaqədar məhdudlaşdırıb.
XEBERTV.AZ xəbər verir ki, bu məlumatı agentliyin mətbuat xidməti yayıb. Uçuşlar yerli vaxtla saat 09:30-dan 11:30-a qədər dayandırılıb.
Tiflis səmasının ikinci dəfə bu axşam saat 21:30-dan 23:30-a qədər bağlanması nəzərdə tutulub.
Uçuş qadağasının 5, 7, 8, 9 avqustda da elan ediləcəyi vurğulanıb.Axar.az