Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • 17 May 2019, 22:57   
        613
    Qarabağda partizan müharibəsi?.. – Keçmiş döyüşçü başqa variant təklif etdi

    Qarabağda partizan müharibəsi?.. – Keçmiş döyüşçü başqa variant təklif etdi


    Son günlər bəzi KİV-lərdə və sosial şəbəkələrdə işğal altındakı Dağlıq Qarabağ ərazisində partizan müharibəsi aparmağı təklif edənlərin sayı artıb.

    Bu sırada diletantlarla yanaşı, keçmiş döyüşçülər, hərbi ekspertlər, işğal bölgəsindən olan sakinlər də var.

    Qarabağ döyüşçsüsü, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram partizan müharibəsi aparmağın indki zamanda heç də asan məsələ olmadığını deyib.

    XEBERTV.AZ Modern.az-a istinadən məlumatına görə, keçmiş döyüşçü Qarabağda partizan müharibəsindənsə, uğrulu diversiya əməliyatları keçirməyin tərəfdarıdır.

    O fikirlərini belə əsaslandırıb:

    “Partizan müharibəsi kimi xəyallar ciddi yanaşmaya, təəssüf ki, tab gətirmir. Burada sızmanın texniki çətinliklərinə toxunmuram. Tutaq ki, 10-16 nəfərlik dəstə düşmən arxasında sızdı və meşələrdə, dağlarda gizləndiyi yerdən çıxıb, zərbə endirib, çəkiləcək (partizan üsulu). Bəs özü ilə daşınan qida bitəndən sonra nə etməlidir? Ya qayıtmalıdır (cəbhə xəttini geriyə keçməlidir), ya erməni yaşayış məntəqələrinə yemək üçün basqınlar etməlidir. Düşmən də hərif deyil, bunu anlayır. Bilir ki, dəstə daha çox özü ilə sursat, partladıcı maddələr və s. götürəcək, daha az qida götürəcək. Dəstənin işləri yaxşı getsə, ən yaxşı halda bir neçə sürətli uğrulu diversiya əməliyatları keçirəndən sonra (5-6 gün ərzində) özləri ilə apardıqları (az çəkili, yüksək energetik) qida bitəcək. Dəstə nə etməlidir?
    Yuxarıda qeyd etdim. Onda düşmən partizan qrupunun hərəkət etdiyi yaxın ərazilərdəki yaşayış məntəqələrində qüvvələrini yerləşdirəcək və cəbhə xəttinə arxadan da nəzarəti gücləndirəcək. Bir sözlə bir azdan dəstəmizə qəhrəmancasına döyüşüb, həlak olmaqdan başqa yol qalmayacaq.

    Qarabağda partizan müharibəsi?.. – Keçmiş döyüşçü başqa variant təklif etdi
    Partizan müharibəsi istəyiriksə, bilməliyik ki, cəbhəni keçən qruplar birdəfəlik istifadə üçündür. Bir neçə gündən sonra onların döyüş qabiliyəti ciddi dərəcədə aşağı düşəcək.

    Beləliklə, bizə çox mühüm tapşırıq üçün yüksək peşəkar, könüllü, birdəfəlik diversiya qrupları tələb olunursa, bu başqa məsələ. Belə peşəkar qrup separatçıların rəhbərliyini məhv etmək kimi bir tapşırığı yerinə yetirmək üçün istifadə oluna bilər. Belə tapşırıqla düşmən arxasının dərinliyinə sızdırılmış qrupun salamat qayıtması, yaxud düşmən arxasında döyüş fəaliyyətini davam etdirməsi hərbi planda nəzərdə tutula bilməz (çünki hərbdə istək reallıq kimi qələmə verilməz).
    Bu tapşırığı yerinə yetirməyə qadir olan peşəkarların özləri də uşaq deyillər, anlayırlar ki, geriyə yol yoxdur. İnanıram ki, düşmən arxasına keçib, döyüşüb, ölümə şuurlu şəkildə getməyə hazır oğullarımız az deyil. Belə əməliyatların əleyhinə deyiləm, keçirilməsi zəruri və məqsədəuyğun sayılsa, özüm də məmuniyətlə iştirak edərdim. Ancaq bu, sərbəst kütləvi partizan müharibəsi deyil, diversiya əməliyatlarıdır. Hətta 5 ya da 10 diversiya qrupu sızdırılsa belə, partizan müharibəsi deyil. Bu əməliyatlar bilavasitə müharibə öncəsi həyata keçirilə bilər. O zaman diversiya işinin effektivliyi də yüksək olar, qrupların sağ qalmalarına şansları da real ola bilər.

    Hazırki şəraitdə Azərbaycan genişmiqyaslı müharibə edə bilmirsə, “apreldən” daha iri, ciddi hərbi-siyasi nəticələrə səbəb olacaq, məhdudmiqyaslı hərbi əməliyatlar keçirə bilər. Lakin partizan müharibəsinin real perspektivi yoxdur”.
    loading...