Xəbər lenti
Axtar
31 Oca 2019, 23:08   
    670
Paşinyan: “Qarabağ torpaqlarının əvəzinə sülh, heç vaxt müzakirə edilə bilməz”

Paşinyan: “Qarabağ torpaqlarının əvəzinə sülh, heç vaxt müzakirə edilə bilməz”


Baş nazir kimi rəsmən fəaliyyətə başlaması mərasimindən sonra Nikol Pashinyan İrəvanda jurnalistlərlə söhbət zamanı, müxalifətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ittihamlarını cavablandırıb.

" Biz, “sülh qarşılığında ərazi” formulunu hətta müzakirə edə bilmərik. Qarabağ münaqişəsinin həlli məsələsində bizim hökumət keçmişdə heç bir hökumətin edə bilmədiyi siyasəti həyata keçirir. Hər hansı paralellərin aparılması və keçmişdə siyasi xətt ilə bir sıra oxşarlıqlar tapmaq, tamamilə yanlışdır ", - Nikol Paşinyan qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyevlə tez-tez görüşlərini şərh edən Ermənistan Baş naziri qeyd edib ki, bu görüşlərdə fikir mübadiləsi edilir, danışıqlar aparılmır.moderator.az
loading...