Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 19 Oca 2019, 09:21   
        539
    Səudiyyə Ərəbistanında "Qanlı Yanvar" anım tədbiri

    Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

    XEBERTV.AZ xəbər verir ki, tədbirdə səfir Şahin Abdullayev 1990-cı ilin 20 yanvarında sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında məlumat verib. Səfir bildirib ki, 1985-ci ildə SSRİ-yə rəhbərlik etmiş M.Qorbaçov Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və “böyük Ermənistan” qurmaq xəyalı ilə yaşayan erməni şovinistlərinə dəstək göstərib. Diplomat Dağlıq Qarabağ ətrafında 1988-ci ildə cərəyan edən hadisələrin, yürüdülən ayrı-seçkilik siyasətinin xalqımızın etirazına səbəb olduğunu diqqətə çatdırıb.

    Səfir qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək burada jurnalistlər qarşısında keçirdiyi mətbuat konfransında M.Qorbaçovun həyata keçirdiyi məkrli siyasətin ağır fəsadlarını açıqlayıb. Ulu Öndərimiz ifşaedici faktlar əsasında 20 Yanvar faciəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırıb.

    Rəsmi hissədən sonra iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı qısametrajlı filmə baxıblar.

    20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin bəyanatı Səudiyyə Ərəbistanı, Bəhreyn və Oman Xarici İşlər nazirliklərinə, o cümlədən Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına göndərilib.

    Faciənin 29-cu ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində səfir Şahin Abdullayevin ingilis və ərəb dillərində məqaləsi dərc olunub.Publika.az
    loading...