Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 25 Eyl 2018, 07:14   
        534
    Ərdoğan Trampdan sonra çıxdı və darmadağın etdi

    Ərdoğan Trampdan sonra çıxdı və darmadağın etdi

    Doğrusu, hər liderin dünya çapında eqosuna xidmət kürsüsü kimi baxdığımız BMT-də ildə bir dəfə keçirilən sessiyadan hansısa siyasi qərarlar gözləmək əbəsdir, lakin dövlət və hökumət başçılarının bəlağət, natiqlik qabiliyyəti, fikir və düşüncə diapozunun ölçüsü, o cümlədən, qlobal miqyasda ortaya qoymağa çalışdıqları ambisiyaları izləmək istər-istəməz böyük maraq kəsb edir. O üzdən, ABŞ Prezidentinin Ağ Evin ağır döyüş səngərlərindən çıxıb Nyu Yorka gəlməsini və onun dünyaya səslənişini gözləyənlərin istəklərini normal qarşılamaq lazımdır.

    Digər tərəfdən, Vaşinqtonun 3 hakimiyyət qolu arasındakı çəkişmələri və elitar savaşları bir qədər kənara qoyub, nəhayət, planetar səviyyədə nəyi planladığını bilmək üçün də yenə dünyanın bir nömrəli şəxsini dinləmək çox gərəkliydi.

    Lakin BMT zirvələrində çıxış ardıcıllığının necə müəyyyənləşdiyini araşdırmaq lüksümüz olmadığından, yalnız onu demək olar ki, Amerika Prezidenti əvvəlcədən risk zolağına məruz qoyulmuşdu və doğrusu, bunu Rusiyanın Suriyada vurulan son təyyarəsi ilə eyni vəziyyət adlandırmaq yerinə düşər. Yəni, Tramp öncədən Ərdoğan kimi bir liderin - milyonların qəlbini ələ almağı bacaran, küçə və meydanlardakı emosiyaların hökmranına çevrilən şəxsin ondan sonra tribunaya çıxmasına hər vəchlə mane olmalıydı. Əgər belə olsaydı, yalnız diqqətli spiçrayterlərdən başqa heç kəs məlum düzəlişdən baş çıxarmayacaqdılar. Nə vardı, məsələn, hansısa bir görüşü bəhanə edib onuncu sırada çıxış etməyə.

    Tramp bilə-bilə raket siqnallarını hərəkətə gətirən qırmızı zolağa daxil olmağa qərar vermişdi və doğrusu, onun nitqindəki mühüm tezisləri keçmiş inqilabi liderlərin üsyankar davranışları ilə eyniləşdirmək istəyirkən Türkiyə lideri səhnəyə çıxdı.

    İndi türk informasiya kanalları daha çox iki prezidentin ani - ayaqüstü görüşünə daha çox kilidlənib, lakin hətta bu faktın özü belə onu deyir ki, Ərdoğan xəyalında canlandırdığı tezislərin heç birindən zərrə qədər imtina eləmədi, əksinə, daha kəskinliklə və inamla onları dilə gətirdi. Əgər bütün emosiyları bir qırağa qoysaq, gələcəkdə təkcə iki paytaxt, Vaşinqton və Ankara arasında deyil, eləcə də bütün antiamerikalıların əllərində ideoloji, siyasi silah olan bir çox arqumentlərin məhz bu gün BMT salonunda verildiyini söyləmək düzgün olar və Putinin 2007-ci il Münhen çıxışı qədər uzun illər gündəmdə qalmağa layiq olduğu şəksizdir.

    Bəli, birləşmiş millətlər anlayışı cəfəngdir, əvəzində daha çox azğın maraqlar mövcuddur və biz görürük ki, iri dövlətlər arasında birliklər müxtəlif qitələrdəki təhülkəsizliyi necə məhv edir, milyonların qırğınlarına acımasız seyrçilik edir. Ərdoğan məzlumların və ədalət istəyən xalqların səsinə çevrilməyi təkcə BMT də yada salsaydı, onu heç kəs indiki kimi sükut və həyəcanla dinləməzdi.

    Türkiyə rəhbərinin hər ifadəsini çarpıcı başlığa çevirənlərdən bir qismi onu messiançı missiyasını qabardıb məlum janrda və üslubda öyəcəklər, digərələri isə üstünə yeriyib onu düşmənçiliyi dərinləşdirməkdə qınayacaqlar. Hər halda o, heç zaman indiki qədər açıq savaşa qatılmamışdı və belə görünür ki, Trampın ölkəiçi rəqiblərinin arqumentləri sırasına bunlar da əlavə olunacaqdır.

    “FETO terror hörgütüdür və o, uzaqlarda deyil, Pensilvaniyada oturub dünyanın 160 ölkəsinə bəzəkli klişelər altında terror ixrac edir” söyləmək açıq-aşkar məhkəmə hökmüdür, çox ağır suçlamadır. Sən demə, Amerika büdcəsindən hər il 763 milyon dollar para ələ keçirən bu dini-təhsil-kəşfiyyat-terror camaatının əsas maliyyə qaynağı da buradadır. Bundan daha böyük verdikti ağıla gətirmək üçün gərək yalnız Ruhaninin gözlənilən çıxışına və yaxud Qəzafinin keçmiş hayqırtılarına qulaq asasan. Bu, Birləşmiş Ştatları açıq-aşkar terrorda günahlandırmaqdır və eyni zamanda, dünyanın əsas güc mərkəzinin uzun onillər ərzində “şər oxu”na daxil etdiyi ölkələri daimi məhkum statusundan çıxarmaq deməkdir. Yəqin İran, Suriya, Əfqanıstandakı terror birləşmələri bu

    çıxışın elementləri ilə öz mövqelərini gücləndirməyə çalışacaqlar.

    Ərdoğan Trampın çıxışının effektini söndürməyi və dünya çapında müxtəlif qəlblərdə hərəkətlənmələr yaratmağı ona görə bacardı ki, özünün dediyi kimi, “canı yanıb”. İki öl öncə məruz qaldığı çevriliş cəhdi yüzlərlə can aldı və Mərkəzi Kəşfiyyat İdarəsinin gizli FETO quruluşu üzərindən bütün pərdələrin götürülməsinə səbəb oldu. O vaxtdan savaş tam açıq müstəvidə gedir.

    Ərdoğan hər bir ölkədə eyni hərbi-siyasi müxalifətin - bir daha xüsusi vurğulayaq ki, xarici yardımlarla, həmçinin qırıcı təyyarələr, tanklar və toplarla iqtidar üzərinə gələcəyinin növbəti anonsunu verdi.

    Terror, dini xilafət və siyasi ektsremizmin demokratiya kimi dünyaya sırınmasını görməyənlər hələ də illuziya içərisində müxtəlif paytaxtlardan ədalət və haqq gözləyirlər.

    Ərdoğan isə onu hər addımda qınayanlara, daxildə ona qəzəbli olan böyük əleyhdarlar ordusuna rəğmən Türkiyənin qlobal niyyət və məramını çox uğrulu bir şəkildə BMT-yə daşımağı bacardı.axar.az

    Bunu TRİBUNAL adlandırmaq da yerinə düşər!
    loading...