
Rusiyanın hərbi bazaları avtomatlaşdırılır
Müdafiə Nazirliyi Suriyadakı Rusiya bazalarının təhlükəsizliyini artırmaq üçün çalışır. Bazalar avtomatlaşdırılmış nəzarət sistemlərilə təchiz ediləcək.
XEBERTV.AZ xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.
"Rusiya Prezidenti Vladimir Putin tərəfindən daha əvvəl Hmeymim və Tartustakı bazalarımızın təhlükəsizliyinin artırılması barədə tapşırıq verilib", - Borisov söyləyib.Axar.az