Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • 13 Ağu 2018, 10:00   
        530
      Tramp BUNU GÖZLƏMİRDİ: dünya DOLLARI TÜRK LİRƏSİNƏ dəyişdirir

    Tramp BUNU GÖZLƏMİRDİ: dünya DOLLARI TÜRK LİRƏSİNƏ dəyişdirir

    ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibə elan etməsindən sona müxtəlif ölkələr Ankaraya dəstək mesajları verir.

    XEBERTV.AZ xəbər verir ki, Rusiya, İtaliya, Almaniya, İran, Pakistan, Livan və Qətər ABŞ-ın hücumları qarşısında Türkiyəyə dəstək verdiklərini bəyan ediblər. Bir çox ərəb ölkəsində isə dollarları türk lirəsinə dəyişdirmək üçün kampaniya başlayıb.

    İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın Türkiyəyə hücumlarının heç bir nəticə verməyəcəyini bildirib.

    İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanesi Türkiyə ilə həmrəylik nümayiş etdirdiklərini bəyan edib.

    Almaniyanın iqtisadi və enerji naziri Peter Altmaier ABŞ-ın Türkiyə və Çinə qarşı gömrük vergisini artırmasını tənqid edib və bunun hüquqa zidd addım olduğunu bildirib.

    “Türkiyə iqtisadiyyatının sabitliyi bizim də maraqlarımıza uyğundur”, - deyə o vurğulayıb.

    Pakistanın Xarici İşlər Nazirliyi “Həmişə olduğu kimi yenə də Türkiyənin yanındayıq” deyə bəyan edib.

    Rusiya prezidentinin mətbuat katibi Türkiyənin milli valyuta ilə ticarət aparmaq çağırışına dəstək verdiklərini bildirib.

    Qətərli yazar və media rəhbəri Jaber Əl-Harmi türkcə tvit ataraq, “ABŞ-ın Türkiyəyə iqtisadi müharibə elan etməsi gözlənilən şeydir. Türkiyənin müsəlman bir ölkə olaraq iqtisadi və siyasi baxımdan müstəqil olmasını qəbul edə bilmirlər. Lakin bəzi ərəblərin Türkiyəyə qarşı hücuma sevinmələri və dəstək vermələri böyük alçaqlıqdır” deyə yazıb.

    Bununla yanaşı, Qətər vətəndaşlarının bir çoxu dollarlarını türk lirəsinə çevirərək, dəstək veriblər.

    Livanın Saydada şəhərində də dolların türk lirəsinə çevrilməsi kampaniyası başlayıb.

    Publika.az
    loading...