
Daha bir ölkə Trampa qarşı: ABŞ təklənir
Çexiya hərbi müdafiə xərclərini artırmağı düşünmür.
XEBERTV.AZ xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş deyib.
“Çex Respublikası NATO sammitindən sonra mövcud hərbi-müdafiə büdcəsini korrektə edən deyil”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp alyans üzvlərinin hərbi-müdafiə xərclərini artırması gərəkdiyini bəyan etmişdi.
Bundan öncə İtaliya da hərbi büdcəni artırmayacağı barədə qərarını elan etmişdi.Axar.az