
Avropalı liderdən Ərdoğana təbrik: Əməkdaşlığa hazırıq
Böyük Britaniya Baş naziri Tereza Mey Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçilməsi münasibətilə təbrik edib.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir bu gün R.T. Ərdoğana zəng edərək, qələbə münasibətilə təbrik edib. İkitərəfli münasibətlərin vacibliyinə toxunulub və bundan sonra da təhlükəsizlik, iqtisadiyyat, investisiya sahələrində və Suriya böhranı ilə bağlı əməkdaşlığın davam etdirilməsinə istəkli olduğu vurğulanıb”, - deyə bildirilib.Axar.az