Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • 19 May 2018, 16:35   
        1 165
    Putin Qarabağa görə güzəştə hazırdır, bir şərtlə ki, Bakı...

    Putin Qarabağa görə güzəştə hazırdır, bir şərtlə ki, Bakı...

    Politoloq Stepan Qriqoryanın fikrincə, Ermənistan Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır.
    XEBERTV.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Qriqoryan Baş nazir Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Haykakan jamanak” qəzetində dərc etdirdiyi və Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqaləsində bildirib ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir. O qeyd edib ki, hətta Rusiyaya heç də az “sadiq” olmayan Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin müqabilində xeyli məbləğdə pul alırlar.

    Metsamor AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya “hədiyyə” edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas “kozır”larını həmişəlik itirib. Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom-elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır.

    “Rusiya AES-in bağlanmasına kompensasiya olaraq Aİ-nin Ermənistana təqdim etməyə hazır olduğu maliyyə dəstəyini əlinə keçirməyə hazırlaşır. Müxtəlif dəyərləndirmələrə görə, bu yardım 500 milyon dollar təşkil edə bilər. Bundan sonra, faktiki olaraq, Türkiyənin Metsamor AES-in bağlanması tələbini yerinə yetirdikdən sonra Moskva Ankaradan Rusiya-Türkiyə münasibətlərinin digər sahələrində bir sıra güzəştlərə nail olacaq”, - politoloq bildirir.

    Müəllifin əlində olan məlumatlara əsasən, Rusiya erməni maraqlarını hesaba almayaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycana kifayət qədər güzəştə getməyə hazırdır. Bir şərtlə ki, Azərbaycan da Moskvaya güzəştə getsin.

    “Rusiyanın niyyətləri özünü keçmiş SSRİ ərazisində mövcud olan “tanınmamış dövlətlər”ə münasibətinin analizində də görünür. RF-nin konsulluq xidmətləri Dnestryanının, Abxaziyanın və Cənubi Osetiyanın sakinlərinə tamamilə sərbəst şəkildə Rusiya vətəndaşlıq pasportları paylayır. Bu ərazilərin liderləri Moskvada dövlət səviyyəsində qəbul edilirlər. Bunu Rusiya tərəfindən açıq dəstəkdən məhrum olunmuş Dağlıq Qarabağ Respublikasının rəhbərliyi barədə demək mümkün deyil. Eyni zamanda, Ermənistan hakimiyyəti Rusiyanı özünün yeganə strateji tərəfdaşı hesab etməkdə davam edir”, - C.Qriqoryan hiddətini bildirir.
    loading...