Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 18 May 2018, 17:37   
        615
    ŞoK: “Ermənistan yeni qırıcılar ilə Azərbaycanın milyardlıq kəmərlərini vuracaq...” - AÇIQLAMA

    ŞoK: “Ermənistan yeni qırıcılar ilə Azərbaycanın milyardlıq kəmərlərini vuracaq...” - AÇIQLAMA


    Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Su-30SM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın agentliyində yazısı yayınlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: “Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”.
    Bütün bunların qarşılığında Azərbaycanın müvafiq nazirliklərindən “tık” səs də yoxdur. Bizim hərbi təyyarələrin Qarabağ məkanında uçuş yapmalarının zamanı çatmayıbmı? Qarabağ səması bizim hava məkanı deyilmi? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququnu tanıyır. Belədirsə, təyyarələrimiz oralarda niyə uçmur? Bizim təyyarələr Qarabağın hava sahəsində uçmadıqca separatçılar zaman-zaman işğal altında olan Xocalıdakı hava limanını addım-addım hərəkətə gətirməyə çalışacaqlar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə rus saytında yayınlanan həmin erməninin “neft və qaz infrastrukturunuzu bombalayarıq” sözlərinə dərhal reaksiya verməlidir. Neft və qaz infrastrukturlarımıza olan hədə tək bizə aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var. Onlar da erməni təxribatına qarşı öz sözlərini deməlidirlər. Bunu da bizim XİN təşkil etməlidir.
    Ramazan bayramı ilə əlaqədar hələ iki gün evdəyik, yəqin diplomatlarımız da dincəlir. Ancaq ermənilər Ramazan bayramını qeyd etmirlər və diplomatları da iş başındadırlar və fürsətdən də yararlanaraq istirahət günlərindən bizə qarşı informasiya savaşını gücləndiriblər. Demək, biz də dincəlməməliyik.

    ŞoK: “Ermənistan yeni qırıcılar ilə Azərbaycanın milyardlıq kəmərlərini vuracaq...” - AÇIQLAMA
    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu

    /muxalifet.az/
    loading...