Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • 16 Oca 2018, 04:22   
        826
    Aprel DÖYÜŞLƏRİ təkrarlana bilər -Moskvanın yeni 5 rayon təklifi

    Azərbaycan tezliklə Qarabağda müharibəyə başlaya bilər

    Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli üzrə vacib saydığı mərhələli həll istənilən halda 5 rayonun Azərbaycana qaytarılması deməkdir.

    Bu barədə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bildirib.

    Məsələ bundadır ki, Sergey Lavrov dünən Moskvada bəyanat verərək Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin vacibliyini vurğulmışdı. Rusiya XİN başçısı həm də Azərbaycanla strateji tərəfdaşlıqdan razı olduqlarını bildirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə Lavrovun bu açıqlamasını dəstəklədiyini bəyan etmişdi. Erməni KİV-ləri və ermənipərəst Rusiya mətbuatı isə bunu erməni diplomatiyasının qələbəsi kimi şərh etməyə çalışıb.

    Lakin Qabil Hüseynli ermənipərəst mətbuatın bu iddiaları ilə razılaşmır. Onun sözlərinə görə, münaqişənin həlli üzrə gündəmdə olan işlək mexanizm Kazan razılaşmasıdır. "Kazan danışıqlarına görə, ilkin mərhələdə Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çıxarılması nəzərdə tutulur. Azərbaycan bununla razıdır, amma Ermənistan 5 rayondan çıxmağın əvəzində Dağlıq Qarabağa keçici status verilməsini tələb edir ki, Azərbaycan bununla razılaşmır”, - deyə Qabil Hüseynli vurğulayır.

    Aprel DÖYÜŞLƏRİ təkrarlana bilər -Moskvanın yeni 5 rayon təklifi

    Politoloqun sözlərinə görə, Dağlıq Qarabağa keçici statusun verilməsi Azərbaycanın ərazi bütövlüyü baxımından çox təhlükəlidir: "Bu, Dağlıq Qarabağın avtomatik olaraq beynəlxalq subyektə çevrilməsi deməkdir. Bundan sonra keçmiş muxtar vilayətin aqibətinin həlli beynəlxalq danışıqlardan asılı olacaq. Formal olaraq federativ müqavilə bağlayıb Azərbaycanın tərkibinə də girə bilər, amma bu da müvəqqəti olacaq, sonra Helsinki prinsipləri əsasında müstəqilliyini tələb edəcək. Yəni onu Muxtar Respublika Azərbaycanın tərkibinə qaytarmaq çox çətin ola bilər. Buna görə də, Azərbaycan keçici status məsələsi ilə heç cür razılaşmamalıdır”, - deyə Qabil Hüseynli bildirib.


    Aprel DÖYÜŞLƏRİ təkrarlana bilər -Moskvanın yeni 5 rayon təklifi

    Burada iki variant mümkündür. Ola bilər ki, Ermənistan doğrudanda beynəlxalq təcriddən bezərək 5 rayonun geri qaytarılmasına razılıq verib. Bu, Qarabağ münaqişəsinin həllinin başlanğıcı olmaqla yanaşı, Ermənistanın da xilasının başlanğıcı ola bilər, Türkiyə və Azərbaycanla sərhədləri açılar, Ermənistana dəmir yolu əlaqəsi bərpa oluna bilər. Beləliklə, ermənilərin Cənubi Qafqazdan köçü, yəni Qarabağ klanının gerçəkləşdirdiyi qansız soyqırım dayanar. Amma Ermənistan məsələ ilə razılaşmasa, Rusiya bu problemin öz maraqları çərçivəsində həlli üçün Azərbaycana müharibə hüququ verə bilər. Təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri bu məsələdə Rusiyanın moderatorluğu ilə razıdırlar və məsələnin bu cür həlli də onları qane edir. Yəni Ermənistan buna razılaşmazsa, tezliklə Azərbaycan ordusunun aprel döyüşlərini daha geniş miqyasda təkrarlamasının şahidi olacağıq.


    Miq.Az
    loading...