Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • Şəhid polkovnik Babək Səmidlinin ailəsinə Zəfər ordeni təqdim olundu
  • 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü qeyd olundu
  • Ordumuz dünya miqyasında güclülər sırasındadır - Prezident
  • Azərbaycanlılar Xankəndidəki erməni evlərini ala bilməz
  • Vitse Prezidentin tapşırıqları Samux rayonunda icra olunmur - VİDEO
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • 08 Oca 2018, 17:20   
        580
    Terror hücumları artacaq, yeni münaqişələr başlayacaq - Tramp SƏFƏRBƏRLİYƏ HAZIRLAŞIR



    Terror hücumları artacaq, yeni münaqişələr başlayacaq - Tramp SƏFƏRBƏRLİYƏ HAZIRLAŞIR
    Hakimiyyətə gəldiyi ilk gündən, xüsusilə körfəz ölkələrini təhdid və şantaj edərək silah satışını artıran Donald Tramp satışı daha da yüksəltmək üçün yollar axtarır.

    XEBERTV.AZ Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Röyters” agentliyi yazıb.

    Məlumata görə, silah satışını milyardlarla dollar artırmaq üçün Trampın əmri ilə amerikalı diplomatlar silah tacirliyi vəzifəsini yerinə yetirəcəklər.

    “Röyters”ə danışan amerikalı səlahiyyətlilərə görə, prezident Donald Tramp fevral ayında “Amerika malını al və aldır” siyasəti çərçivəsində bəyanatla çıxış edəcək. Bəyanatla xarici ölkələrə silah və sursat satışı qaydalarını ləğv etmək üçün bütün hökumət səviyyəsində tam hüquqlu səfərbərlik elan ediləcək.

    Xəbərə görə, ABŞ Tramp döyüş təyyarələrindən pilotsuz uçuş aparatları, hərbi gəmilərdən artilleriya sistemlərinə qədər müxtəlif növlü silahlar satmaqla 2016-cı il seçki kampaniyasında verdiyi vədlərdən birini yerinə yetirmək niyyətindədir. Tramp ölkə xaricinə daha çox mal və xidmət sataraq son 6 ilin rekordu olan 50 milyard dollarlıq mənfi ticarət balansını azaltmağı planlaşdırır. ABŞ prezidenti həmçinin Çin və Rusiya silah şirkətləri ilə rəqabət aparan Amerika şirkətlərinin təzyiqi altındadır.

    ABŞ-ın xarici ölkələrdəki hərbi və ticarət nümayəndələrinin səfərbər edilməsi ilə yanaşı, Beynəlxalq Silah Ticarəti Qaydaları (İTAR) da nəzərdən keçiriləcək. 1976-cı ildən etibarən federal hökumətin silah ixracı siyasətini müəyyən edən İTAR 30 ildir dəyişməyib. Qaydalara edilən dəyişikliyə əsasən, NATO üzvü olmayan və dost ölkələr üçün də silah satışı sadələşdiriləcək.

    Ancaq Ağ Evin silah satışı siyasəti özü ilə bir sıra risklər gətirəcək. Silah satışının artması ilə Yaxın Şərq və Asiyada silahlanma yarışının aktivləşəcəyi, həmçinin yeni münaqişə ocaqlarının yaranacağı proqnozlaşdırılır. Bu silahların terror təşkilatlarının əlinə keçmə ehtimalını da nəzərə alsaq, dünya terror hücumları artacaq.

    Qeyd edək ki, dünyanın ən böyük silah satıcısı olan ABŞ-ın 5 ən böyük silah şirkəti – “Lockheed”, “Boeing”, “Raytheon Co”, “General Dynamics Corp” və “Northrop Grumman”ın səhmlərinin dəyəri son 5 ildə 3 dəfədən çox artıb. ABŞ 2016-ci ildə 31 milyard dollara çatan silah satışını 2017-ci ildə 42 milyard dollara yüksəldib.

    Bu il yanvarın 20-də Ağ Evin kreslosuna oturan Donald Tramp noyabr ayına qədər təxminən 49 milyard dollarlıq silah satışına imza atıb. Trampın rəhbərliyi bununla da son illərin ən yüksək satış göstəricilərini əldə edib. Keçən ilki 33 milyard dollarlıq silah alverindən sonra bu il bu rəqəmin 50 milyard dollara çatması, Tramp adminstrasiyasının "silah anlaşmaları mövzusunda öncəki rəhbərliklərdən daha istəkli" olduğu kimi dəyərləndirilir.

    Digər tərəfdən, əvvəlki ABŞ prezidenti Barak Obama Konqres qeydlərinə görə 8 illik prezidentliyi müddətində təxminən 277, illik ortalama olaraq da 35 milyard dollar silah satışı həyata keçirib. Ayrıca olaraq, Obama 8 illik prezidentlik dövründə ABŞ-ın 2-ci Dünya Müharibəsindən bu yana ən çox silah satışı həyata keçirən prezidenti olaraq tarixə düşmüşdü.
    loading...