
İbrahim Saraçoğlu: Qarpızın tumlarını əzib çay dəmləyin!
BAKI-XEBERTV.AZ
Yay mövsümünün ən xoş, dadlı və təravətli giləmeyvələrindən biri qarpızdır. Qarpızı hamımız çox xoşlasaq da, böyük ehtimal süfrələrimizin qırmızı bəzəyinə çevrilən bu nemətin insan orqanizminə faydalarından xəbərsizik.
Əksər adam qarpızı adətən yeməkdən sonra qəbul etmək vərdişinə malikdir. Bu da köp və mədə pozğunluğu yaradır. Halbuki, qarpızı ac qarına və tumları ilə birlikdə yemək daha məqsədəuyğundur.
Qarpızın çoxlu sayda faydası olduğu bildirilir. Mütəxəssislər qan təzyiqinin tarazlanmasından, sağlam arıqlamağa qədər çoxlu sayda faydası olan qarpızın yay aylarında bol-bol qəbul edilməsini təklif edirlər.
/saglamolun.az/