Xəbər lenti
Axtar
02 Oca 2021, 20:50   
    372


Azərbaycanda tibbi xidmət tamamilə pulsuz olacaq - VİDEO
BAKI-XEBERTV.AZ
02.01.2021 20:50

Dünəndən etibarən İcbari Tibbi Sığorta sisteminin Bakı xaric olmaqla ölkədə tətbiqinə başlanılıb. Artıq bütün bölgələrdən olan vətəndaşlarımız tibbi xidmətlərdən tamamilə pulsuz yararlana biləcəklər. Bu il aprelın 1-dən isə layihə Bakı və ətraf qəsəbələrdə də həyata keçiriləcək.

Dünəndən etibarən Bakı xaric bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə start verilib. Bununla da bölgələrdən olan vətəndaşlar əksər tibbi xidmətlərdən daha əlçatan və tamamilə pulsuz faydalana biləcəklər.

Millət vəkili , Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyir ki, ilk olaraq pilot layihə çərçivəsində Mingəçevir, Yevlax və Ağdaş sakinləri bu imkandan yararlanıb. İndi isə daha çox vətəndaşımız müayinə və müalicə ilə yanaşı, ağır əməlliyyatları belə tam təmənnasız reallaşdıra biləcək.

Millət vəkili deyir ki, vətəndaşlar kiçik ödəmələr hesabına icbari tibbi sığortanın imkanlarından maksimum faydalana biləcəklər. Əhalinin həssas qrupu isə bu ödəmələrdən azaddır.

Qeyd edək ki, dünəndən icbari tibbi sığorta sistemi Bakı xaric bütün ölkədə tətbiq edilir, aprelin 1-dən isə bu layihə Bakı və ətraf qəsəbələrdə də həyata keçiriləcək.

xezerxeber.az
loading...