Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 31 Mayıs 2020, 20:57   
        354
    İkinci dalğa başlayıb, yeganə çıxış yolu... - Aynur Camalqızı

    İkinci dalğa başlayıb, yeganə çıxış yolu... - Aynur Camalqızı

    Koronavirusa yoluxanların sayı dünyada 6 milyonu ötüb, dörd yüz minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib və Operativ Qərargahın hər gün yaydığı statistikaya nəzər salanda görürük ki, Azərbaycanda da vəziyyət qənaətbəxş deyil.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Holdinqin rəhbəri, politoloq Aynur Camalqızı ölkədə pandemiya ilə əlaqədar yaranmış vəziyyəti şərh edərkən deyib.

    O bildirib ki, sağalanların sayı çox olsa da yoluxanların sayında da hər gün artım müşahidə olunur və bu, çox təhlükəlidir:

    “Artıq iri ticarət mərkəzləri və “mall”lar açıldı. Dövlət qurumlarında çalışan işçilərin işə çıxması ilə bağlı qadağa da götürüldü. Bu o deməkdir ki, indi daha çox insan hər gün evindən çıxacaq, təmaslar çoxalacaq və nəticədə yoluxma artacaq. Çox güman ki, artıq ölkədə yoluxmanın ikinci dalğası başlayıb. Çıxış yolu təbii ki, əlimizdə deyil. İnsanlar evdə oturmaqdan, heç bir işlə məşğul olmamaqdan bezir. Bəzi insanların işləməyə maddi baxımdan ehtiyacları var. O baxımdan uzun müddət insanları özünütəcridə məcbur edə bilməyəcəyik. Çünki bu, yeganə çıxış yolu olsa belə, tamamilə əməl etmək mümkün deyil. İnsanların yaxınları, doğmaları dünyasını dəyişir. Ən zəruri ərzaq və digər şeyləri almaq üçün hər gün, günaşırı marketə getmək lazım gəlir. Bütün bunlar isə ünsiyyət deməkdir. Demək ki, artıq Prezident İlham Əliyevin də dediyi kimi, biz bu virusla yaşamağı öyrənməliyik. Məncə, ən vacib məqam budur. İnsanlara bunu anlatmaq lazımdır. Pandemiya ilə mübarizə tədbirləri yalnız dövlətin işi deyil. Bizim hər birimiz öz sağlamlığımızın qeydinə qalmağı öyrənməliyik, vərdiş etməli, hətta həyat tərzimizə çevirməliyik”.

    Aynur Camalqızının sözlərinə görə, bu pandemik virusu müalicə etmək üçün dərmanlar və peyvənd hələ tapılmayıb, belə görünür ki, tapılana qədər bu virus bizimlədir və havaların istiləşməsi, iqlim dəyişməsi virusa yoluxmanın qarşısını almır:

    “O səbəbdən sosial izolyasiya qaydalarına mümkün qədər əməl etmək lazımdır. Küçəyə çıxan şəxslər tibbi maska və əlcək geyinməlidir. İctimai nəqliyyatda məsafə gözlənilməlidir. İnsanlar bu qaydalara əməl etməsələr, Operativ Qərargahın bəyan etdiyi kimi, cərimə məsələsi gündəmə gələ bilər. İctimai yerlərdə ən yaxşı halda 10 nəfərdən 2-nin tibbi maska taxdığını müşahidə edirik. İnsanlar anlamaq istəmir ki, bu virusa yoluxma yalnız onun özü üçün yox, ünsiyyətdə olduğu hər kəs - ailə üzvləri, doğmaları, iş yoldaşları üçün də riskdir. Bu risklərin önlənməsi bizim hər birimizdən asılıdır. Normal həyatımıza davam etmək üçün tanıdığımız-tanımadığımız hər kəsi sosial izolyasiya və gigiyena qaydalarına əməl etməyə, tibbi maska və əlcəklərdən istifadə etməyə dəvət etməliyik”.Axar.az
    loading...