Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 08 Nis 2020, 07:44   
        51



    Həkim AÇIQLADI: Koronavirus bu tarixdə yox olacaq, əgər insanlar...

    "Zənnimcə, havalar isindikcə, yayılma prosesi azalmağa doğru gedəcək".

    XEBERTV.AZ bildirir ki, bunu publika.az-a açıqlamasında hepatoloq, infeksionist Mərdan Əliyev deyib.

    İnfeksionist COVID-19 virusunun artım tempindən söz açıb: "Ümumiyyətlə, infeksion xəstəliklərdə belə bir xüsusiyyət var ki, xəstəlik zamanla həndəsi silsiləyə doğru artır. İlk yoluxma beş nəfərdə olursa, onlar da hərəsi iki nəfərə yoluxdurur. Bu da on nəfər edir. Çoxalma müşahidə edildikdən sonra həmin on nəfər daha iki nəfəri yoluxdurur və bu, iyirmi nəfər edir. Beləliklə, qırx, səksən və bu templə artmaqda davam edir. Koronavirus infeksiyasında isə bir nəfər təxminən 2,5 nəfəri yoluxdurur".

    M.Əliyev havanın koronovirusa təsiri barədə bunları deyib: "Koronavirus infeksiyası kəskin respirator xəstəliklərdən sayılır. Kəskin respirator xəstəliklər əsasən, payız və qış aylarında meydana çıxır. Mövsümü isə təqribi dekabr ayından mart ayının sonlarına qədərdir. Daha sonra sönmə prosesi başlayır. Soyuq havada koronovirusu təsirli edən əsas səbəb günəşin ultrabənövşəyi şüalarının az olmasıdır. Bu virus əsasən, 30 dərəcənin altında inkişaf edir. 30 dərəcədən yuxarı isə öz təsirini itirir. Bu günə qədər ortaya çıxan yoluxma halları isə 18 dərəcənin altında inkişaf edib. 18 dərəcənin üzərində təqribən 5% yoluxma halları var. Ərəbistan və Afrika ölkələrində digər ölkələrə nisbətən yoluxma halları dəfələrlə azdır. Yoluxanlar da daha çox Avropa ölkələrindən qayıdanlardır. Yəni yayılma səbəbi onlardır".

    İnfeksionist bildirib ki, vaksinin tezlikdə tapılması real görünmür: "Vaksinin tapılma prosesi uzun məsələdir. Qısa müddətdə vaksinin tapılması mümkün deyil. İnsan üzərində testlər edilir. Virusun üzərində olan antigenləri hər dəfə götürüb, tək-tək yoxlayırlar. Uyğun gəldikdə saxlanılır, gəlmədikdə isə digəri yoxlanılır. Hər yoxlama prosesi isə 4-5 ay çəkir".

    Son olaraq Mərdan Əliyev insanları tədbirli davranmağa səsləyib: "Zənnimcə, havalar isindikcə, yayılma prosesi azalmağa doğru gedəcək. Daha dəqiq desəm, aprelin sonlarına yaxın infeksiya öz təsirini itirməyə başlayacaq. Vaksinin tapılmadığı bir dönəmdə vətəndaşlarımızı sosial izolyasiya tədbirlərinə əməl etməyə dəvət edirəm. Hər kəsin üzərinə məsuliyyət düşür. İnsanlarımız həm özünü, həm ailəsini, həm də cəmiyyəti düşünməlidir. Karantin qaydalarına ciddi əməl olunarsa, biz bu virusa qalib gələ bilərik".
    loading...