Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO
  • FHN-in növbəti heyəti Türkiyəyə gedir - Video
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • 15 Ağu 2021, 18:30   
        666
    Muğankənddə “qoçular” peyda olub

    Muğankənddə “qoçular” peyda olub
    BAKI-XEBERTV.AZ
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədalətli və vətənpərvər insandır. Cənab Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, “Mən, xalqın xidmətçisiyəm!” İlham Əliyev şəhər və rayon rəhbərlərini vəzifəyə təyin edəndə 1 nömrəli vəzifə olaraq tapşırır ki, əhali ilə canlı ünsiyyət qurun, onların problemlərini imkanlarınız daxilində həll etməyə çalışın. Bu yaxınlarda Biləsuvar rayonunun İcra Hakimiyyətinə Başçı təyin edilən Faiq Qürbətov da ədalətli insandır. Şəxsən tanıdığımız üçün əminik ki, o, rəhbərlik etdiyi komanda ilə birgə rayon əhalisinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün çalışan bir məmurdur. Üstəlik, istər I, istərsə də II Vətən müharibələrində düşmən üzərində tarixi qələbənin qazanılmasında Biləsuvarın mərd oğul və qızlarının da müstəsna xidmətləri var. Ancaq elələri də var ki, nəinki Biləsuvarın İcra Başçısının, hətta Prezident İlham Əliyevin də adına ləkə gətirirlər. Bizə elə gəlir ki, Biləsuvarın Muğankənd kəndində yaşayan Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin, Müdafiə Nazirliyinin cəbhə xəttindəki “N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov, Aqil Cəfərov avqustun 9-da törətdikləri faciə ilə həm rayon, həm də kənd əhalisinin nifrətini qazandılar. Redaksiyaya daxil olan məlumata görə bu şəxslər əslən Yardımlı rayonunun Peşdəsər kəndindəndilər. Aqil Qəmbər oğlu Cəfərov və digərləri Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi Naziri, mərhum Yavər Camalov və Milli Məclisin deputatı, Prof. Musa Qasımlının yaxın qohumlarıdır.

    Muğankənddə yaşayan əhalinin dolanışığı əsasən kənd təsərrüfatı və heyvandarlıqladır. Kəndin tanınan ziyalılarından biri də Allahverdi Rüstəmovdur. Allahverdi müəllim uzun müddət Biləsuvar rayon Səhiyyə Şöbəsində mühasib işləyib. O,ömür-gün yoldaşı Sürəyya Əliyeva ilə birgə övladlarını halallıqla böyüdüb. 4 övladın hər biri ali təhsillidir. Kəndin əsas problemlərindən biri fərdi təsərrüfatların və ya həyətyanı sahələrin suvarılmasıdır. Avqustun 9-u axşam saat 21-00 radələrində Allahverdi müəllim, övladları Xalid və Elçinlə birgə pay torpağını suvarmaq üçün əkin sahəsinə gəlir. Bu zaman yuxarıda adları qeyd olunan şəxslər də orda peyda olurlar. Ali təhsili olmayan Abdulla Cəfərov deyir ki, Allahverdi, Yardımlı camaatı Biləsuvarda söz sahibidir. Biz, suvarmanı bitirməmiş, imkan verməyəcəyik ki, Siz torpağınızı suvarasız. Allahverdi müəllim, oğlu Xalidlə birgə söz-söhbətdən qaçıb razılaşır, evlərinə getmək istəyərkən Abduula mübahisəni davam etdirir. Bu zaman Aqil, Elçinin boyun nahiyyəsinə möhkəm zərbə endirir. Yalnız bundan sonra bir neçə dəfə cərrahi əməliyyata məruz qalmış Allahverdi müəllim, ağır xəstəlik keçirmiş Xalid müəllim Elçinə kömək etməyə çalışırlar. Qızmış beyinlər Elçini maşından düşürüb su ilə dolu olan kanala atırlar. Burda bizi ən çox təəccübləndirən, Müdafiə Nazirliyinin hərbi qulluqçusu Ayaz Cəfərovun qeyri-qanuni hərəkətləridir. Xalid müəllim Ayazı görcək elə bilir ki, qarşıdurmanın qarşısı alınacaq. Əksinə Ayaz deyir ki, avtomobilin işıqlarını söndürün, sonra zərbə vurun. Və özü də Xalidgilə zərbə vurur. Biz, Allahverdi Rüstəmovla əlaqə saxladıq. Bildirdi ki, hər 2 oğlu dövlət orqanlarında qüsursuz çalışır. Abdulla, Xəyal, Aqil və Ayaz Cəfərovlar(hamısı əmioğludur), həmçinin, Əlövsət və İbrahim Hətəmovlarla heç bir vaxt ədavətləri olmayıb. Onların nəyə görə bu cür amansız davrandıqlarından da məlumatsızdırlar. Biləsuvar Polis İdarəsində CM-nin bir neçə maddəsi ilə cinayət işi açılıb. Elçin Rüstəmov Bakı şəhərindəki şəfa ocaqlarından birində müalicə olunur. Tibbi ekspertizanın nəticələri də məlumdur.Həkimlərin dediyinə görə, E. Rüstəmov qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib (postravmatik vəziyyət).

    Dəyərli dostlar, bu yaxınlarda AR Milli Məclisinin sabiq deputatı Eldəniz Səlimovla əlaqədar verilən qərarın şahidi olduq. Milli Məclisin qərarı ilə onun deputatlıq toxunulmazlığı ləğv edildi və həbs olundu. Görünür, maddi imkanları daha çox olan Qəmbər Cəfərov( mərhum Yavər Camalovun yaxın qohumu), onun oğlu Aqil, digər yaxın qohumları özlərini Muğankəndin “qoçuları” adlandırıblar. Əminik ki, aidiyyəti dövlət orqanlarının rəhbərləri bu özbaşınalığın qarşısını vaxtında alacaqlar.

    P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

    P.S.S. Biz, bu mövzuya yenidən qayıdacağıq.

    Şamil Sabiroğlu,

    Əvəz Bəşiroğlu.

    Medonline.az və xebertv.az saytlarının xüsusi müxbirləri.

    15.08.2021.
    loading...