Xəbər lenti
Axtar
10 Eyl 2019, 20:40   
    1 691



Qubada qanvermə aksiyası keçirilib (FOTO)


Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.Sentyabrın 10-da Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil olunan aksiyada könüllü donordan qan götürülüb.

XEBERTV.AZ xəbər verir ki, Quba rayon Mərkəzi Qan Bankının bölmə müdüri, Səfərova Gülnaz Cabir qızının bizə verdiyi məlumata əsasən 150 nəfərə qədər qan vermə aksiyasında iştirakı nəzərdə tutulub. Hal-hazırda saat 12.30 olan məlumatda 70 nəfərin qan verdiyi bildirilir.

Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirərək, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu söyləyiblər.

Humanitar aksiya çərçivəsində toplanan qan irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.







loading...