Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • 23 Haz 2019, 21:30   
        890



    Jurnalist Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə

    22 iyul - Milli mətbuat işçiləri və jurnalistika günü” münasibətilə bir qrup vətənpərvər ziyalı Fizuli rayonuna səfər etmişdir. “Xocalı Soyqırımını Tanıtma” İctimi birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov İnkişaf fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbir zamanı düşmən tapdağından azad edilən və hazırda böyük quruculuq işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olmuş, Dövlət Başçısının tapşırığı əsasında tikilmiş evləri və Şuşa Məscidini ziyarət etmişlər.
    Qonaqlar cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşən, 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalan və Qarabağ müharibəsi dövründə ağır döyüşlərdən böyük ziyan çəkən, bu gün respublikamızın məcburi köçkün rayonları arasında abadlaşdırma prosesində birinci yeri tutan Horadiz şəhərinə də baş çəkmişlər. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində baş vermiş hərbi münaqişə zamanı vətən yolunda qəhrəmancasına həlak olan şəhidlərimiz üçün yaradılmış “Aprel şəhidləri” abidəsi ziyarət olunaraq üzərinə gül dəstəsi qoyulmuş , xatirələri hörmət və ehtiramla yad edilmişdir. Sonra ziyarətçilər Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körpə Zəhra Quliyevanın məzarı ziyarət edib, ailəsi ilə gürüşüb, ruhuna fatiha oxuyaraq yad ediblər.
    Daha sonra cənab İlham Əliyev tərəfindən 2017-ci ildə inşa edilmiş Cəbrayıl rayonu Cocuk Mərcanlı Məscidini ziyarət edib, ön cəbhədə həm cəbhə xəttini , həm də İranla olan dövlət sərhəddini qoruyan əsgərlərlə birlikdə nahar fasiləsinə qatılmışdılar. Nahar fasiləsindən sonra ön cəhbədə xidmət edən zabit, gizir və əsgərlərlə görüş keçirilmişdir. Görüşdə “Xocalı Soyqırımını Tanıtma” İctimi birliyinin sədri, Vətən müharibəsi veteranı Şamil Sabiroğlu, Birlik sədrinin müavini xanım Dilbər Sultanova, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, "Həyat" Humanitar Təşkilatının layihə rəhbəri, ictimai xadim, sosioloq xanım Zəminə Səfərova, ziyalılardan Arzu Əliyeva, İlkin Abbasov, Tural Hüseynov, Beyləqan rayon sakini, şair-publisist Bəhrəm Fərmanzadə, ehtiyatda olan zabit , II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev , "Xebertv.az" saytının baş redaktoru ,müharibə veteranı və əlili Əvəz Bəşiroğlu, rəssam xanım Ülkər Əbülfət və digərləri döyüş bölgələri, müharibə illəri , atəşkəsə qədər müharibənin xalqımıza yaratdiğı çətin vəziyyətindən öz xatirələrini bölüşmüş və ön cəbhədə ayıq-sayıq dayanan əsgərlərimizə -bölük komandiri leytenant Siraclı Ramil, əsgərlər Ələkbərov Səbuhi, Ələkbərov Əli və Əliyev Mikayıla saat hədiyyə olunaraq vətəni qorumağın necə şərəfli bir hiss olduğundan danışmışlar.
    Səfər “Mətbuat günü” ilə əlaqədar Horadiz şəhərindəki "Muğam Mərkəzi"ndə əsgərlər və rayonun digər yerli idarəetmə qrumlarında çalışan nümayəndələri üçün təşkil olunan musiqili tədbirlə yekunlaşdırılıb.
    Tədbirdə ilk çıxış edən “Xocalı Soyqırımı Tanıtma” İ.B-nin sədri , “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)“ yubiley medalının mükafatşısı, müharibə veteranı, jurnalist Samil Sabiroğlu və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf fondunun sədri, 2-ci dərəcəli müharibə veteranı Ədalət Məhərrəmov səfər haqqında öz təəssüratlarını bölüşmüş, mətbuat işçilərinə göstərilən qayğıya görə ölkə Başçısı , Ali Baş Komandanımız cənab İlham Əliyevə və cəbhə bölgəsinə səfər etməyə icazə verdiyinə görə Respublikanın Müdafiə naziri, General-polkovnik Zakir Həsənova öz minnətdarlıqarını bildirmişlər. “Həyat Beynəlxalq humanitar təşkilatının “ layihə rəhbəri Zəminə Səfərova çıxışlara əlavə edərək, əslən Füzuli rayonundan olduğu üçün bu gün rayonda istər hərbi, istər rayonun abadlıq vəziyyəti, istərsə də xalqın rifahının bu cür yaxşıya doğru dəyişməsinin ona verdiyi fəxarət hissindən söhbət açdı. Digər çıxışçılar - Respublikanın qabaqcıl təhsil işçisi, Bakıdakı 269 nömrəli tam orta məktəbin müəllimi Firduz Əhmədov, “Xocalı Soyqırımı Tanıtma” birliyinin və “Yeni yurd” Sosial İnkişaf" ictimai birliyinin sədr müavini Dilbər Sultanova , Füzuli rayonunun sabiq baş həkimi, ehtiyatda olan tibb xidməti mayoru, Respublikanın Əməkdar həkimi Əhəd Məmmədov və digər ziyalılar ön cəbhədə döyüşən hərbçilərimizə, arxa cəbhədə mübarizə aparan qələm əhli olan bütün mətbuat işçilərinə öz hörmətlərini ifadə etmişlər. Kiçik oğlu Müseyibin əsgərlərə məktubunu oxuyan Beyləqan rayonundakı şəhid Sirac Mehdiyev adına Yuxarı Aran kənd orta məktəbinin müəllimi Sahilə Fərmanova zalda əyləşən tədbir iştirakşılarını kövrəltmişdir. Azərbaycan Ressamlar İttifaqının üzvü , vətənpərvərlik mövzusunda həm ölkə daxilində həm beynəlxaq səviyyədə dəfələrlə rəsm müsabiqələrinin qalibi rəssam Ülkər Əbülfət Lələ təpə döyüşlərində xüsusi xidməti olmuş general-mayor Mais Bərxudarova vətənpərvərlik mövzusunda rəsm əsərini hədiyyə etmişdir. Tədbirdə iştirak edən əsgərlərdən Paşayev Kamil, Cəfərov Ehtiram, Ağayev İlkin, Paşayev Emil və Xəlilov Süleymana qonaqlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
    Sonda səfər iştirakçılarına təşkilatçı ictimai birliklərin və Hərbi hissənin fəxri diplomları verilib. Tədbir konsert proqramı ilə davam etdirilib.
    Türkanə Səfərova,
    Gilə Əli qızı,
    Aygün Kazımova.



















    Fotolar: Vətən müharibəsi veteranı Əvəz Bəşiroğluna məxsusdur.
    Horadiz şəhəri, 22.07.2019.
    loading...