Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • 30 Mar 2019, 13:53   
        614
    Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı
    Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı

    Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı açıqlama verib.

    XEBERTV.AZ Azərtac-a istinadən xəbər verir ki, Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında görüş normal və konstruktiv şəraitdə keçib:

    “Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş təşkil olundu. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır. Xatırladaq ki, hələ martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar prosesinin formatının dəyişməzliyi məqamını xüsusi vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi ilə bağlı iddialar var idi. Azərbaycan da bu məsələyə qəti şəkildə etirazını bildirdi. Vyana görüşü bir daha göstərdi ki, danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılmaqdadır.

    Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək danışıqlar aparıldı. Sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirildi. Ümumilikdə danışıqlar üç saatdan çox müddətdə aparıldı. Bu görüş münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verdi. Nəticə etibarilə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, yəni, “3+2” formatında birgə bəyanat qəbul olundu. Bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur, həmçinin sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır. Eyni zamanda, danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd edilir. Bəyanatda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Burada, həmçinin atəşkəslə bağlı məsələlər də qeyd olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi məsələsi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətlərdir və bir-birini tamamlamalıdır.

    Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərə, ölkələrimiz arasındakı əlaqələrə toxunan şöbə müdiri deyib: “Dövlətimizin başçısı səfər çərçivəsində Avstriyanın Federal Kansleri, Federal Prezidenti, vitse-kansleri ilə görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycan ilə Avstriya arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ölkələrimizin iqtisadi-ticarət, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi. Görüşlərdə biznes dairələri arasında işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm məqam kimi qeyd olundu. Hər iki tərəfin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası da yaradılıb ki, bu da əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından mühüm bir formatdır. Qeyd edək ki, martın 29-da Vyanada bu formatda da görüş keçirildi. Burada da aidiyyəti qurumların rəhbərləri müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar”.

    Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın regionda yaratdığı nəqliyyat imkanları Avstriya tərəfindən də maraqla qarşılanır. Bu nəqliyyat imkanlarından da istifadə etməklə Avstriya şirkətləri yeni bazarlara çıxış əldə edə bilərlər.
    loading...