
Xaçmaz rayon Mərkəzi kitabxansının Oxu zalında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş “Vətən sənə ogul deyir“ adlı ədəbi-bədii kompozisiya kecirildi.
XEBERTV.AZ xəbər verir ki. 24 yanvar 2019-cu il tarixində Xaçmaz rayon Mərkəzi kitabxansının Oxu zalında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş “Vətən sənə ogul deyir “ adlı ədəbi-bədii kompozisiya kecirildi.Tədbirdə əvvəlcə Dövlət himni səsləndirildi. Milli qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbir Azərbaycanın Milli Qəhrəmanları Hikmət Muradovun 50 illiyi,Mətləb Quliyevin 60 illiyi,Rövşən Abdullayevinc 50 illiyi, Vasili Əliyevin 60 illiyi,Səyavuş Həsənovun 55 illiyi,Mirzə Quliyevin 45 illiyinə və ümumiyyətlə Vətən uğrunda canından keçən bütün vətən oğullarına həsr olunmuşdur. Tədbirdə Milli Qəhrəmanların həyat yoluna nəzər salınıb,onların göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edildi.Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan,qanını və canını əsirgəməyən vətən oğullarının torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an döyüşə hazır olan Azərbaycan əsgərinə örnək olmasından danışdılar.Vətənimizin qəhrəman oğulları həm düşmənə,həm də bütün dünyaya göstərmişdir ki,Azərbaycan dövlətinin güclü əsgəri var və milliyətindən,etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq.Vətən uğrunda canından keçən hər bir vətən oğlu Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.Tədbirdə yubileyi olan Milli Qəhərmanlara həsr olunmuş, informasiya və resurs şöbəsinin hazırladığı sənədli film nümayiş olunub.Sonra İsmət Qaıbov adına 3 saylı məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirilib.Sonda tədbir iştirakçıları “Vətən sənə oğul deyir” başlığlı Azərbaycnın Milli Qəhrəmanlarına həsr olunmuş sərgiyə baxış keçirdi.






Sevda İsmailova