Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • 24 Mayıs 2021, 23:23   
        207
    İsrail bizə 2 verdi: bəs, sən nə verdin, ay ağıllı?


    İsrail bizə 2 verdi: bəs, sən nə verdin, ay ağıllı?
    BAKI-XEBERTV.AZ
    “Avroviziya” siyasi yarışmadır, dövlətlərin bir-birinə münasibətinin əks olunduğu və bir çox hallarda siyasilərin addımlarına təsir edən müsabiqədir. Ona görə bu yarışmada qalib gəlmək yox, kimin sənə neçə və necə səs verməsi müzakirə predmeti olur.

    22 mayda finalı olan Avroviziya-2021-in səsverməsində bizə İsrailin 2 bal verməsi sosial şəbəkələrdə müzakirəyə çevrildi, bir az inciklik də, küskünlük də vardı. Deyəsən, mollabaşların da əlinə fürsət düşmüşdü.

    Təbii ki, qarşılıqlı sual yaranır: Bəs, Azərbaycan kimə nə qədər bal verib?

    Baxın statistikaya: Rusiyaya 12, Yunanıstana 10, Moldovaya 8, Maltaya 7, Ukraynaya 6, İsveçrəyə 5, Fransaya 4, Belçikaya 3, Portuqaliyaya 2, Bolqariyaya 1.

    Bu Azərbaycan jürisinin tərkibi kimlərdən ibarətdir? Bunlar nəyi harda yeyirlər, bu yedikləri hansı zəhərlənmə verir ki, beyinləri düşünmə qabiliyyətini itirir?

    Azərbaycan Yunanıstana 10 balı necə verə bilər? Sən Fransaya hansı siyasi-müzik düşüncə ilə xal verirsən? Ümumiyyətlə, siz başınızla düşünürsünüz? İsraili siyahıya salmayıb, Yunanıstana 10 bal vermək nə deməkdir?!

    Böyük Britaniya! Əlbəttə, AB-dən çıxıb öz oyununu oynayan Britaniya Fransanın Qafqazda barmaqlarını qırmaqla məşğuldur, ya nə edir – özü bilər! Fakt odur ki, BMT TŞ-nin 5 daimi üzvündən biri kimi Britaniya 44 günlük savaşda sonadək yanımızda oldu, indi də Qarabağın bərpasında öndədir!

    Britaniya 0 xalla yarışmanı başa vurdu. Bax, ay jüri statusu alıb, dövlətimizin siyasətini məhv edənlər, bircə xal versəniz, indi bütün dünya yazacaqdı ki, Britaniyanın cəmi 1 xalı oldu, onu da Azərbaycan verdi!

    Düşünürdünüzmü bunu? Bilirsinizmi bu, nə demək olardı?

    İtaliya! İtaliya sənsiz də çempion oldu və demək, mahnısı da gözəlmiş. Mahnısı gözəlmiş, özü dostmuş, 100 illik milli problemimizin həllində güclü Avropa ölkəsi kimi yanımızda olarmış, indi Qarabağın bərpasında iştirak edərmiş... Bəs, İtaliyaya bircə xal vermək üçün daha nə lazımdır Azərbaycan jürisinə?

    Parlamentində əleyhimizə qərar verən Belçikaya səs verməkdən absurd qərar ola bilməz! Xalqı bundan artıq aşağılamaq olmaz!

    Yoxsa elə düşünürsünüz ki, bu da bir siyasətdir, guya “gediş” edirsiniz, jest edirsiniz?

    Sizin bu gedişlərinizin Fransanın, Belçikanın, Yunanıstanın heç nəyinə lazım deyil! Əksinə, özümüzü alçaldırsınız!

    Baxın da, Prezidentdən nümunə götürsəniz dünyamı dağılar? Məğrur, ləyaqətli, güclü, sözü üzə deyən bir siyasət! Açıq, səmimi bir mövqe!

    Azərbaycanın hörməti məhz bu mövqeyinə, Prezidentinin bu cəsarətinə görədir!

    Bunlara baxıb-görüb nəticə çıxarmırsınızmı?

    Nə qədər siyasi yaltaq olmalısan ki, Rusiyaya 12 bal verəsən. Rusiya qonşumuzdur, hesablaşmalıyıq, sülhməramlıları torpağımızdadır, savaşda göstərdiyi mövqe də pis deyildi. Amma heç olmasa Şuşadakı “İsgəndər” qalığına görə 2, Ermənistana müharibə vaxtı silah daşıyan mülki təyyarələrə görə 2 bal çıxardınız da!

    Bu, əlbəttə, Azərbaycan münsiflərinin münasibətidir, sağ olsun tamaşaçılar - yəni xalq, heç olmasa, 12 xalı İsrailə verməklə əslində xalq olaraq nə düşündüyümüzü göstərdilər...

    Heç olmasa, İsrail Azərbaycan xalqının qardaş olduğunu bildi!..

    Yeri gəlmişkən, bir də soruşaq: jürilərimiz kimlərdir?


    Axar.az
    loading...