Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi
  • 05 Şub 2021, 14:26   
        1 627

    Şuşaya qalib xalqın nümayəndəsi kimi səfər etdim - Fərhad Bədəlbəyli

    Şuşa şəhərində dağılmış binalar və məscidlərin arasında kiçik bir yer var, orada konsert vermək yaxşı olardı. Bütün Avropa görsün ki, ermənilər bizim Şuşamızı necə xarabalığa çeviriblər.

    XEBERTV.AZ bildirir ki, bunu Trend-ə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli deyib.

    O, yanvarın sonunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Şuşaya etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb:

    "Şuşa nağıl kimidir. Bizim bəxtimiz gətirdi ki, günəşli gün oldu. Qorxurduq ki, duman olacaq və biz heç nə görməyəcəyik. Biz Polad Bülbüloğlunun evinə daxil olduq. Mən orada 2007-ci ildə bir qrup Azərbaycan ziyalısının Qarabağa səfəri zamanı olmuşdum. İndi biz bu evə qalib xalqın nümayəndəsi kimi daxil olduq. Bu, tamam başqa təəssüratlardır. Sonra biz Cıdır düzünə getdik. Orada adam uçmaq istəyirdi..."

    F.Bədəlbəyli vurğulayıb ki, özünü öz torpağının sahibi hiss etmək böyük xoşbəxtlikdir:

    "28 il biz həsrət içində yaşamışıq... İndi isə qələbə hissi bizə gələcək iş üçün böyük təkan verir. Biz Şuşanın musiqi ilə yaşaması üçün hansı festivalları keçirəcəyimiz, hansı musiqiçiləri dəvət edəcəyimiz barədə düşünməliyik. "Xarı bülbül" festivalı ilə başlayacağıq. Təəssüf ki, hələlik infrastruktur yaradılmayıb, ona görə də qarşıda çox iş var. Amma bu, həyatımızın ən xoş işi olacaq".

    O, həmçinin Şuşada musiqi məktəbinin yaradılması ideyası barədə danışıb:

    "Fikrimcə, bu, 20-25 ən istedadlı azərbaycanlı uşağın oxuyacağı elitar məktəb olmalıdır. Uşaqların oraya yalnız müsabiqə əsasında qəbul olunması üçün onları yalnız istedadına əsaslanaraq seçmək lazımdır. Məktəbə Azərbaycan Milli Konservatoriyasının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Moskva Konservatoriyasının və digər məktəblərin ən yaxşı müəllimlərini dəvət etmək lazımdır. Qoy bu, elitar Şuşa musiqi məktəbi olsun".
    loading...