Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi
  • 04 Oca 2021, 13:11   
        1 730


    Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

    Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

    XEBERTV.AZ Milli.Az-a istinadən xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib.

    O qeyd edib ki, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkarın ölüm səbəbi, hələ ki, məlum deyil.

    Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.

    2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

    Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıidi. İki oğlu, bir qızı var.

    Allah rəhmət eləsin!
    loading...