Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 15 Ağu 2020, 06:30   
        343


    Azərbaycanda atasını amansızlıqla öldürən şəxslə bağlı YENİ XƏBƏR

    Azərbaycanda atasını amansızlıqla öldürən şəxslə bağlı YENİ XƏBƏR
    19 mart 2020-ci il tarixdə Bərdə rayon sakini 1936-cı il təvəllüdlü Əkbər Mustafayevin köməksiz vəziyyətdə olarkən bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə Bərdə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    XEBERTV.AZ xəbər verir ki,bu barədə Prokurorluqdan Publika.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin oğlu xroniki psixi xəstəlikdən əziyyət çəkən 1969-cu il təvəllüdlü Namiq Mustafayevin aralarında ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində yaşadıqları evdə aşkar surətdə köməksiz vəziyyətdə olmaqla yatmış atası Əkbər Mustafayevə bıçaq xəsarəti yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Namiq Mustafayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Namiq Mustafayev cinayət əməlini törədən zaman düçar olduğu xroniki psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.

    11 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş Namiq Mustafayevin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    loading...