
Otlaq sahəsi üstündə mübahisə: 5 nəfər güllələndi
Rusiyanın Rostov vilayətinin Orlov rayonunda baş verən silahlı atışma nəticəsində 5 nəfər ölüb, 2-i yaralanıb.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yaralanan şəxslər xəstəxanalara yerləşdirilib.
Bildirilib ki, yerli sakinlər arasında otlaq sahəsi üstündə başlayan mübahisə sonradan belə bir faciəyə gətirib çıxarıb.
Olayda ov tüfənglərindən istifadə edilib.Axar.az