Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO
  • FHN-in növbəti heyəti Türkiyəyə gedir - Video
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • 13 Eyl 2021, 18:31   
        120
    BAKI-XEBERTV.AZ

    Nə yaxşı dünyda yaxşılar varmış!..

    Nə yaxşı dünyda yaxşılar varmış!..

    (oçerk)

    Yaxşı insan fikrin xarakter bütövlüyünün, duru ömür yaşamağın, fəzilətləri yaşatmağın fəl­­səfi dərkini ifadə edir.

    Yaxşı insan insanlığın cəfakeşidi, yaxşı insan xeyirxahlığı ötüşən aylara-illərə həmayıl bi­lir. Yaxşı insan yaxşılığı yaxşı niyyətlə açılmalı səhərlərin sığa­lı­na-tumarına dönən meh bi­lir. Yaz yağışından sonra göy üzünün göy yelənli qövsi-qüzehi bilir. Yaxşı insanlar “Nə yaxşı dün­yada yaxşılar varmış” kəl­mə­lə­rini ömrün-günün salavatı bilir; Tofiq Şəfaət oğlu Mehdiyev yaxşı in­san­dı...

    Hardan başlanır Vətən?

    Vətən kəlməsi yaxşı insanların ruhunu ifadə edir; Tofiq Şəfaət oğlu yaşadığı (və ya­şa­ya­­ca­ğı!) ayları-illəri belə yaşayıb...

    “Hardan başlanır Vətən?” ritorik sualı zaman-zaman hamını düşündürüb. Bu suala müx­tə­lif cavablar verilib. Hər cavabın gerçəklik çaları olub, hərə özünün dünyaduyumuna, dün­ya­dər­­­­ki­nə müvafiq cavab verib. Hər cavab kerçəkliyi ifadə etdiyinə görə kimsə ona etiraz edə bil­­­­mə­yib...

    Tofiq Şəfaət oğlu 1946-cı il sentyabrın 14-də Şərqi Zəngəzurda-Zəngilan rayonun Pirçivan qəsəbəsində (hazırda Zəngilan şəhəri adlanır) anadan olub, göz açıb dünya adına Zəngəzuru görüb. Zən­gilanda boya-başa çatıb. Sosialist Əməyi Qəhrəmanı olan atasi Şəfaət Mehdiyevin nəsihətlərinin, anası Nazlı xanımin öyüdlərinin ilkinini Zəngilanda eşidib. “Cismimin Vətəni Zəngilandı, cismimin və ruhumun Vətəni Zəngəzurdu. Əli Və­li­ye­vin “Zəngəzur dağlarında” romanını Zəngəzur dağlarında oxuyacağım gün üçün yaşa­yı­ram...”, – Tofiq müəllimin niyyətinin uvertürası bu duyğusal, düşündürücü, Vətən kəlməsinin “can köy­nə­yi” olası fikirdi; “Hardan başlanır Vətən?” – Vətəni sevənlərin ürəyindən...

    Tofiq müəllimin vətənpərvərliyinin boyu yaşının bütün çağlarında görünüb. Həm də qibtə ünvanı olmaqla...

    Tariximizi də çox sevib (sevir), ədəbiyyatımızı da, mədəniyyətimizi də. Nizamini, Fü­zu­li­ni, Nəsimini, Sabiri, Cavidi, Səməd Vurğunu, ... sevə-sevə oxuyardı, türk ədəbiyyatına da ya­xın­dan bələd idi. Sözarası onların kəlam qüd­rətində misralarını, fikirlərini xatırladardı. Bu sə­bəb­dən Tofiq müəllimin söhbətləri maraqla din­lə­ni­lər­di

    “Turacı qızıl qəfəsə saldılar. Harayı göy üzünü yerəələmə gücündəydi; Ay Vətən! Ay Və­tən!”. Açıb buraxdılar. Bir kolluğa qondu. Şərqisi göy üzünə yayıldı: Can Vətən! Can Və­tən!” – kimi deyimləri dinləyənlərin Vətən sevgisini kükrədərdi...

    Sonralar zəngəzurluların Zəngəzur həsrətini bir ürək tutumunca yumşaldılması, qayıdışa ina­mın tarixin axarından alınıb vətənsevərliyin qüdrətinə ötürülməsi məqsədi ilə “Zəngəzur” ictimai birliyinin yaradılmasını xəyldan gerçəkliyə çevirdi. Hazırda bu cəmiyyətin Ağsaqqallar Şurasının sədridir. İllər sonra, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Zəngəzur tarixdən tarixə qaytarıldı; Və­tə­ni tarixi bütövlüyü ilə sevənlər Zəngəzur dəhlizinin açılmasını Zəngəzura qayıdışın yol­gös­tərəni bilir. Zəfərə görə, dəhlizə görə “Gözün aydın,Vətən!”deyirəm, ruhən vətənsevərlərə, öm­rünün bir parçası Zəngəzurda qalanlara “Gözünüz aydın!” deyirəm, tanıdığım, sevdiyim To­­fiq Şəfaət oğluna “Gözün aydın, Tofiq müəllim!” deyirəm...

    Tarix deyir ki, Vətən Vətəni sevənlərin ürəyindən başlanır...

    Tofiq Şəfaət oğlu ömrünün bütün çağlarında Vətəni varlığıyla sevib.

    Bakı Eelektrik Maşınqayırma zavodunda işləyəndə də, Zəngilan rayon partiya Komitə­si­nin birinci katibi olanda da. Mühəndis Tofiq Mehdiyevlə birinci katib Tofiq Mehdiyevi hansı xarakter ümumiləşdirib? – insana, insanlığa sevgi, məsuliyyət, azərbaycançılıq. Yerə-göyə inan­dı­ğım qədər inanıram ki, onu tanıyanlar da belə deyir...

    Nəsil şəcərəsini, soy-kökünü az-az adam mükəm­məl (tarixi baxım­dan nisbi mükəmməlliyə haqq qazandıraq) bilir. Mehdixanlılar nəslinin neçə yüz illər əvvəlki tarixindən günümüzəcən yaşam coğrafiyasını incəliyinəcən bilir Tofiq müəl­lim; mehdixanlıların (Mehdi və xan sözlərinin etimalogiyası diqqəti çəkir) Qaraqoyunlular, Sə­fə­vilər, sonrakı dövrü tarixini də həmişə qürurla xatırlayıb, bu gününü də. “Avşar-Dəlilər əşirətlərinin tamqaları, fərqləndirici tayfa nişanlar” haqqında elmi fikir de­yən­lərin təfəkkürünə heyrətlənirsən; Tofiq müəllim belə təfəkkür sahibidir.





    Xalq onu sevirdi



    Bir el məsəlini xatırlyıram: “Hər kimi el sevərsə, bülənd olar, ucalar”.

    Zəngilan Tofiq Şəfaət oğlunu sevirdi. Bu sevgi ehtiram, cəfakeşlik, vəzifə borcunu səda­qət­lə yerinə yetirmə prosesində yaranan sevgi müqabilində gerşəkləşən sevgi idi. “Elin o başı, bu başı olmur” kəlamı da var. Yəni Vətən bütövlüklə sevilir. Vətən müqəddəs olduğu üçün Və­tə­nə sevgi də müqəddəsdi. Müqəddəslik həmişə könül xoşluğu ilə yaşadılıb. Könül xoş­luğunun başlanğıcı könül ziyarətidi. Könül ziyarətinin fəlsəfəsini dərk etməyənlər bu müqəd­dəs­liyi qətiyyən yaşada bilməz. Bir aqildən soruşurlar: Yaşamaqmı gözəldi, yaşatmaqmı. Aqil cavab verir ki, yaşada-yaşada yaşamaq daha gözəldi. Yəni sən ömrünü xalq üçün, dövlət üçün yaşayırsansa, yaşadırsan. Və gözəl yaşayırsan. Olmuşların zəmanəti ilə deyə bilərik ki, Tofiq Şəfaət oğlu belə yaşaylb, belə yaşaylr...

    1987-ci ilin dekab ayının 26-da Zəngilan Rayon Partiya Komitəsində MK-nın şöbə müdiri Surxay Tağızadə plenum iştirakçılarına bildirdi ki, MK-nın qərarına əsasən Muradxan Cab­ba­rov I katib vəzifəsindən azad edilir, bu vəzifəyə MK-nın kənd təsərrüfatı şöbəsinin müdir müa­vi­ni Tofiq Mehriyev məsləhət görülür. Surxay Tağızadə Tofiq Mehdiyev haqqında tanıtma xa­rak­terli “beş-üç” kəlmə demək istəyəndə tanınmış təsərrüfat rəhbərlərindən olan İmran Əh­mə­dov MK nümayəndəsinə xitabən deyib: Ay yoldaş Tağızadə, sən kimi bizə tanıdırsan, eli­miz­də böyüyən, hamının tanıdığı, sevdiyi Tofiqimi? Biz onu tanıyırıq da, sevirik də. Onun rəh­bər­li­yiy­lə Zəngilanı daha sürətlə inkişaf etdirəcəyik də.

    Bu kəlmələr bir ağsaqqalın timsalında el sevgisi kimi yaşanılmışdı.

    Onunla ünsiyyətdə olanlar deyir ki, Tofiq müəllimlə söhbətləşəndə vaxt elə bil donur, vax­tın necə keçdiyini hiss etmirsən. Tofiq müəllim söhbətcil adamdı, həm də onun söhbət­lə­rin­dən çox şey öyrənirsən. ...



    Qətiyyətli rəhbər

    Ermənistan Azərbaycana qarşı həmişə görünən və görünməyən təxribatlar aparıb. Bir mə­qam diqqəti çəkir.

    Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Havadarlarının siyasi, maddi və hərbi yardımından bəhrələnən Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi. Neçə illər çəkən danışıqlardan yayındı, status-kvonu saxlamağa çalışdı. 2020-ci il sentyabrın 27-də Azərbaaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Vətən müharibəsi noyabrın 10-da başa çatdı. Azər­bay­can ordusu Zəfər qazandı. Bu məğlubiyyət Ermənistanın xislətini bir daha göstərdi: Azər­bay­cana qarşı bəd niyyətlərini hərbi yolla həyata keçirməyə gücü qalmayan işğalçı dövlət ekoloji təxribatlar törətməyə başladı. Oxçu çayının suyunu ermənilik həddində çirkləndir­mək­lə. Bu haq­da mətbuatda da kifayət qədər narazılıqlar ifadə edildi, dövlət səviyyəsində etirazlar da bil­di­rildi.

    Bu fakt neçə on illər əvvəl də olub. Tofiq Mehdiyev Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi olanda.

    Onda İmperiya vardı, onda Moskva xofu da vardı. An­­­caq Ermənistan müxtəlif vasitələrlə Mockvanın nəzarətindən yayına bilir, bu və ya digər in­for­masiyanı yoxlamağa gələnlərin “çox dərinə getməyinə” özlərinəməxsus üsullarla imkan vermirdi.

    O illərdə Qafan­da və Kacaranda mis-molibden mədənləri vardı. Bu müəssisələr güclü və yaxşı işləyən təmizləyici qurğulara malik idi. Ermənilər nə edirdi? – mədənlərin suyunu təmizlə­mə­dən Oxçu çayına axıdırdı. Onda Tofiq Mehdiyev əsl vətəndaşlıq, əsl azərbaycançılıq heysiy­yəti ilə, vəzifə borcuna böyük sədaqətlə Moskvadan SSRİ Əlvan Metallurgiya Sənayesi Na­zir­li­­yi­nin nümayəndələrini, Azərbaycan Təbiəti Mühafizə Komitəsinin sədrini dəvət edərək faktı birlikdə sənədləşdirməyə qərar verir. Birlikdə bu mədənlərdə olurlar. Ermənilər komissiya gələndə qurğuları işə salır, komissiya qayıdan kimi qurğuların fəaliyyətini dayandırırmışlar. Bu vəziyyət, erməniliyin bu səviyyədə ört-basdır edilməsi, qətiyyətli azərbaycanlı kişisinin qətiyyəti sayəsində Zəngilan rayonu ərazisində Oxçu çayının təmizlik dərəcəsini müəyyənləşdirən labo­ra­toriya açıldı, Oxçu çayının təmizliyinə gündəlik nəzarət rəsmi qaydada təmin edildi...

    1985-ci ildə rayonda cavan üzüm bağları qırılırdı. Rayon Partiya Komitəsinin birinci katibi Tofiq Mehdiyev rayon İcraiyyə Komitəsinin sədri Hürü Mehraliyevanı və Aqrar-Sənaye İda­rə­sinin rəisi İzzət Həşimovu söhbətə dəvət etdi. Belə dəvətlər vəziyyəti öyrənməyə, reallığı gü­man­lardan ayırmağa xidmət edirdi. Birinci katib belə fəaliyyətin başvermə səbəblərini də bi­lir­di, “niyə?”lərini də: Xankəndində laboratoroya işçilərinə rüşvət vermək yolu ilə üzüm bağ­la­­rında filoksera xəstəliyinin olduğu haqda saxta arayış əldə edilməsiylə bağlar kütləvi şəkildə məhv edilirdi.

    Qətiyyət, torpaağa, rayon əhalisinə, rayonun dinamik inkişafına sayğı nəticəsini verdi...

    Böyük ürək yiyəsi olanların sevgisi də böyük olur. Bu sevgi bir insan ömründən rişələnir, minlərin, yüz minlərin ömrünü nurlandırır.

    Tofiq müəllim dilimizi, tariximizi sevərək yaşatmağın təşnəsi olub.

    Rayon Partiya Komitəsinin birinci katibi Tofiq Mehdiyev Ali Sove­tin sessiyasında iştirak etmək üçün Bakıya gələndə MK-da rayonun kuratoru, təşkilat partiya işi şöbəsinin inspektoru Şamil Hüseynova deyir ki, mən sessiyada çıxış edib Kirovabad, Vartaşen, Puşkin adlarının də­­­yiş­dirilməsini təklif etmək istəyirəm. Tariximizin dünənlərinə sayğı kimi. “Nə vaxtsa ya­xa­­mızdan tutub soruşulacaq: Nizami Gəncəvi deyirsiniz. Haradı o Gəncə?” Nə deyəcəyik?..”...

    Tofiq müəllim sessiyada çıxış edib, təklifini səsləndirib;

    –...Dünya dəyişir. Hər bir xalq öz keçmişinə qayıdır. Tarixinə hörmət edir. ... Nə zamana qə­­dər dahi şeyx Nizaminin yurdunun adı Kirovabad, erməni və yad mənşəli adları da şəhər və rayonlarımız daşıyacaqdır? Təklif edirəm ki. Kirovabada öz əəvvəlki Gəncə, Qutqaşenə Qə­bə­lə, Vartaşenə Oğuz adları verilsin!

    Zal vətənsevər partiya işçisinin təklifini böyük coşqu ilə qarşılayıb. Yəni elə bil illərlə dün­ya üzünə baxması qadağan edilmiş çeşmə çağlamağa məqam tapıbmış.

    O gözəl, o gərəkli, o tarixi təklifi fasilədə sessiya iştirakşıları qədərsiz minnətdarlıqla qar­şı­layıb, neçəsinin qoşa qolları Tofiq Şəfaət oğlunun kürəyində çarpazlaşıb.

    Xalq şairi Bəxtiyar Vahabzadənin minnətdarlığı tarixi minnətdarlıq olub:

    – Ananın südü halalın olsun, ay oğul!..

    O gündən illər keçib...

    Kirovabadın Gəncə, Qutqaşenin Qəbələ, Vartaşenin Oğuz adlandırılması “Mən azərbay­can­­lı­yam!” deyənlərin hamısının ürəyini qürurla, sevgilərlə silələdi. Çoxumuz bu təşəbbüsün mü­­əl­lifinə tanımaza-bilməzə təşəkkürlər etmişik. Tarix şahiddir ki, bu təklif o günün xəlqi-mil­li göyqurşağı olub...



    Ata ömründən düşən işıq



    Yeməzli – Gilətağ – Vənətli yolunun üstündə sərin sulu bulaq vardı. Gedənlər-gələnlər or­­da ayaq saxlayar, nəfəs dərər, bir-iki ovuc su içərdi. Tofiq müəllim xatırlayır ki, 1954-cü ildə yol keçəndə atasının təklifi ilə maşınlarını burda saxlayıblar. Maşından düşər-düşməz Şəfaət ki­şinin qaşları çatılıb, əllərini ovxalayıb. Gah bulağa sarı baxıb, gah gələn yola, gah gedən yola.

    Bulağın üstündəki abidə qəzəbləndiribmiş el adamını, eli sevən, elin sevdiyi adamı. Abi­də­nin müıəllifi erməniymiş. Abidədə ermənilik cizgiləri varmış; sabahlara bu gündən ermənilik təxribatı yaradılıbmış.

    Şəfaət kişi kolxozun sədri Əvəz Namazovu və abidəni qurduranları çağırtdırıb: Çox qısa müddətdə suçunuzu-günahınızı düzəldin, – deyib...

    Suç düzəldilmişdi...

    Bu hadisəni Tofiq müəllimin bu və ya digər hadisəyə milli-xəlqi münasibətinin qətiy­yə­ti­nin hardan qaynaqlandığının təsdiqi bilmək qəbahət deyil...

    Bu hadisə Tofiq müəllimin ömrünə ata ömründən düşən işıq kimi hopub...



    Sədaqətli dostluq



    Tofiq müəllim Azərbaycan Daxili İşlər naziri olmuş general-mayor Məhəmməd Əsədovu qədərsiz sevgilərlə, bir ürək tutumunca ehtiramlarla xatırlayır...

    “Məhəmməd Əsədovu həyəcansız xatırlama mümkün deyil. Daxili İşlər Nazirliyində çox nazirlər olub. Lakin onların heç biri nə “Omon” yaratmışdı, nə də ki, Qarabağın, sərhəd böl­gə­lərimizin yollarını tanıyırdı. “Omon”u yaradan Məhəmməd Əsədov oldu...”(Tofiq Mehdiyev. Za­manın axarında. B. 2020, səh. 282). Bu faktda fərdi rəğbətdən daha çox xəlqi rəğbət duyulur. Bu rəğbət, əslində, yüksək vəzifəlilərə xalq üçün, dövlət üçün, dövlətçilik üçün necə işləməyin yö­nümünü bəlləndirirdi. Yəni, Tofiq müəllimin özü də bu deyilənlərin icraçısı olub, şübhəsiz...

    Nə yaxşı dünyada yaxşılar varmış. Yaxşılıq etmək, fəzilətlərlə yaşamaq, ...onlardan öy­rə­ni­lə-öyrənilə yaşamaq, son nəfəsəcən...



    Bayram MƏMMƏDOV,

    Əməkdar müəllim
    loading...