Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva bürünc medal uğrunda qarşılaşmada çinli Yeqing Zhunu məğlub edib.