
FİFA-da səsvermə qalmaqalı: Salaha səs verdilər, Messiyə yazıldı
Məhəmməd Salah
FİFA-nın versiyasına görə, dünyanın ən yaxşı futbolçusu Lionel Messi seçilib. Amma bəzi milli komandaların üzvləri iddia edir ki, argentinalıya səs verməsələr də, xal ona yazılıb.
XEBERTV.AZ xəbər verir ki, əvvəlcə Nikaraquanın kapitanı Xuan Barrera belə açıqlama ilə çıxış edib. Ardınca Sudan milli komandasının baş məşqçisi Zdravko Loqaruşiç Messiyə səs vermədiyini bildirib. Mütəxəssis hətta ortaya konkret sənəd də qoyub. FİFA-ya göndərilən məktubda Loqaruşiçin birinci yerə Məhəmməd Salahı layiq bildiyi açıq görünür. O, Messiyə ümumiyyətlə üçlükdə yer verməyib. Sudanın baş məşqçisi Salahın ardınca Sadyo Mane və Vircil van Deykin adlarını qeyd edib.
FİFA dərhal hər iki iddanı təkzib edən bəyanat yayıb. Amma qalmaqalın davamı da gəlib. Misir milli komandasının baş məşqçisi Xavyer Agirre və kapitan Əhməd Əl-Məhəmmədi səslərinin sayılmadığını bildirib. Hər ikisi Salahı daha güclü adlandırdığını söyləyib.Bizimyol.info