Xəbər lenti
Axtar
06 Ağu 2018, 16:31   
    677
Rəqibimizin "Qarabağ" və ya BATE olması... - PSV rəsmisi

Rəqibimizin "Qarabağ" və ya BATE olması... - PSV rəsmisi

Bizim üçün rəqibin kimliyi önəmli deyil. İstənilən halda PSV-ni çətin oyunlar gözləyir.

Qol.az-ın yaydığı xəbərə görə, bu sözləri PSV-nin nümayəndəsi Yoost Van Erp deyib. Püşkün nəticəsinə əsasən, Eyndhoven təmsilçisi pley-of mərhələsində “Qarabağ” – BATE cütünün qalibi ilə qarşılşacaq. Püşkü dəyərləndirən klub rəsmisi rahatlaşmaq üçün hem bir səbəb olmadığını bildirib:

“İndiki məqamda heç bir holland klubu Avropada rahat ola bilməz. PSV də bu baxımdan digərlərindən heç ilə fərqlənmir. Komandamızın qrup mərhələsinə vəsiqə qazanıb, daha güclü komandalarla qarşılaşması əla olardı”.

Qeyd edək ki, pley-of mərhələsinin ilk oyunları avqustun 21 və ya 22-də, cavab matçları isə 1 həftə sonra keçiriləcək.
loading...