Xəbər lenti
Axtar
20 Şub 2018, 07:36   
    868
Bavariya - Beşiktaş: Start heyətləri açıqlandı (YENİLƏNİR)




Bavariya - Beşiktaş: Start heyətləri açıqlandı (YENİLƏNİR)
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutacaq.

XEBERTV.AZ xəbər verir ki, günün ən önəmli və həyəcanlı qarşılaşması Londonda keçiriləcək. “Barselona” “Çelsi”yə qonaq olacaq. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoriti olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olar.

Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla izləniləcək. Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyə təmsilçisi “Beşiktaş” Münhendə “Bavariya” ilə üz-üzə gələcək.

Çempionlar Liqası. 1/8 final

20 fevral

23:45. “Bavariya” – “Beşiktaş”

Bavariya: Ulrayx, Kimmix, Hummels, Boatenq, Alaba, Martinez, Müller, Vidal, Rodriges, Koman, Levandovski.

Beşiktaş: Fabri, Adriano, Pepe, Vida, Caner, Atiba, Medel, Kuarejma, Taliska, Babel, Vaqner Lav.

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

“Alyans Arena”, Münhen

23:45. “Çelsi” – “Barselona”

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Stemford Bric”, London


Mənbə. Publika.az
loading...