Xəbər lenti
Axtar
25 Oca 2018, 03:36   
    826
Erməni klubunun futbolçusu Azərbaycandan təklif alıb? - Rəsmi açıqlama



Ermənistanın "Arsax” klubunun qapıçısı Samur Aqomaqomedov Azərbaycan yığmasından təklif aldığını açıqlayıb.

XEBERTV.AZ "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu təklifdən imtina etdiyini bildirib.

Dağıstanlı qolkiper bunun səbəbini də açıqlayıb: "Mənə Azərbaycan U-21 millisindən təklif gəldi. Lakin öz agentimə güvəndim. Hansı ki, daha əvvəl Ermənistan millisində oynayırdı. Ona güvənib "Arsax”a keçdim”.

Milli komandanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu isə məlumatı təkzib edib: "Belə bir futbolçu ilə maraqlanmamışıq, heç onu tanımırıq”.
loading...