Xəbər lenti
Axtar
10 Oca 2018, 04:51   
    829
 Türkiyə millisi Rusiya ilə qarşılaşacaq

DÇ-2018-dən kənarda qalan Türkiyə millisi mundiala ev sahibliyi edəcək Rusiya yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

XEBERTV.AZ komanda.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə qarşılaşmanın iyunun 5-də, Rusiyada keçiriləcəyi qeyd edilib. Qarşılaşmanın başlama saatı və məkanı hələ ki, bəlli deyil.

Xatırladaq ki, Türkiyə millisi martın 23-də İrlandiya, mayın 28-də isə İranla yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.
loading...