Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 01 Eki 2021, 14:27   
        140


    BAKI-XEBERTV.AZ
    Bakıya bir raket atsa, İrana kimlər hücum edər?..

    İranın Azərbaycanın işğaldan azad edilən əraziləri yaxınlığında irimiqyaslı təlimlər keçirməsi ilə bağlı rəsmi Bakının narahatlığını ifadə etməsindən sonra cənub qonşumuzun yüksək çinli hərbçiləri və “ekspert”lərinin hədələri açıq müstəviyə keçib. Sanki İran uzun müddətdir, bu narazılığın ifadə olunmasını gözləyirmiş.

    İran faktiki olaraq düşməni sevindirməklə məşğuldur: cənub qonşumuzun Ermənistandakı səfiri gün ərzində nəfəs almadan bir-birinin ardınca erməni rəsmilərlə görüş keçirir, erməni ekspertlər isə İranın Azərbaycanı hədələməsini böyük həvəslə şərh edir, mümkün “ssenari”lər qurur və s.

    Hərbi hədədə SEPAH generalları, ayətullahlar və iranlı ekspetlər aktivdir: ötən gün fars ekspertlərdən biri Azərbaycanla mümkün müharibə zamanı İranın bir gündə 4 min raket ata biləcəyini bildirmiş və bu müharibənin “cəmi bir gün” davam edəcəyini sosial şəbəkə hesabında paylaşmışdı.

    Erməni və ermənipərəst media isə adi iranlı eksperti “SEPAH rəsmisi” kimi təqdim edərək, böyük məmnuniyyətlə manşetə daşımışdı.

    Bu isə o deməkdir ki, İranın rəsmi və qeyri-rəsmi şəxslərinin dilindən çıxan və bir çox halda farsca ifadə edilən fikirlərin şişirdilərək müxtəlif dillərdə yayılmasının qayğısına erməni mediası qalır. Yəni “söz savaşı” təqdim olunan səviyyədə deyil, bu savaşın hazırkı gərginliyini düşmən mediası körükləyir. Ancaq əlbəttə ki, düşmənin şişirtməsi, təbliğatı üçün İran rəsmiləri və ekspertləri əsas da verir.

    İran niyə narahat olub?

    İran rəsmiləri bu məsələdə heç bir ciddi, tutarlı və açıq ittiham səsləndirmirlər, yalnız ehtimal olunur ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində “ağıllı kənd” layihələrindən bir-ikisini İsrail şirkətlərinə həvalə etməsindən narahatdırlar. Guya İranın sərhədlərimiz yaxınlığında bu boyda meydanoxumaya səbəb İsrailin sərhəd ərazilərdəki bərpa prosesi zamanı Tehrana təhdid yaradacaq hansısa təsisatlar qura bilməsi ehtimalıdır.

    Bu, birmənalı olaraq bəhanədir.

    1. MOSSAD İranı başdan-başa izləyir, hətta ən məxfi məlumatlarını ələ keçirə, bu ölkənin göbəyində nüvə alimini qətlə yetirə bilir. Üstəlik, elə bu gün SEPAH-ın raket mərkəzində yanğın deyil, partlayış baş verdiyi haqda dəqiq məlumatı da peyk görüntüləri ilə birgə İsrailin rəsmi qurumları da deyil, ekspert mərkəzi yaydı. İranın məxfi hərbi obyektləri anbaan İsrailin hətta ekspert mərkəzləri tərəfindən izlənilirsə, Tehran indi niyə narahat olur ki?

    2. İran 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınmasını həyata keçirən zaman bilməli idi ki, Azərbaycana hər cür yardım edən İsrail mütləq son nəticədə qarşılığını alacaq.

    Başqa şəkildə və açıq danışaq: 44 günlük savaşda İran Ermənistana “səssiz dəstək” verirdi – həm silah, həm maddi, həm texniki, həm də kommunikativ. Paralel olaraq Azərbaycanın yanında İsrail vardı.

    Fakt odur ki, İran siyasəti iflasa uğradı, 30 il boyunca Azərbaycana qarşı tutduğu mövqe, yürütdüyü siyasət puç oldu, İran mollalarının Azərbaycan torpaqlarının işğalda qalması üçün çalışmaları suya düşdü.

    Bir az da açıq danışaq: İsrail Azərbaycanı, İran isə Ermənistanı dəstəkləyirdi, amma fərq də vardı. İsrail Azərbaycanla beynəlxalq hüquqa uyğun əməkdaşlıq edir – biz silah istəyiriksə, İsrail satır və məhz satır, pulla. Sadəcə, İsrail bəzi güclərin qanunsuz tələblərinə qarşı çıxaraq, Azərbaycana silah satmaqdan imtina etməməklə dostluğunu nümayiş etdirir.

    İran isə Ermənistana məhz yardım edir, dəstək verir.

    Nəticədə 30 ilə yaxın müddətdə Qafqazda İsrail-İran “kölgə qarşıdurması” yaşandı və İsrail qalib oldu.

    Bunun günahı isə əlbəttə ki, İrandadır. İran səfini düzgün seçim etməmişdi: mədəniyyəti, tarixi, ədəbiyyatı bir olan müsəlman qardaşlarını qoyub, Ermənistanla əməkdaşlıq etmək və azərbaycanlıların əzab-əziyyətini uzatmaq siyasəti mütləq iflas olmalı idi. İran anlamalı idi ki, ən azı 1994-cü ildən – Əsrin Müqaviləsindən sonra Azərbaycana qarşı siyasətini dəyişdirməli və Bakı ilə tarixi bağlılığa söykənən səmimi siyasət qurmalıdır. Çünki ərazi, əhali və regional baxımdan düşməndən qat-qat potensiallı olan Azərbaycan qısa müddətdə öz gücünü bərpa edəcəkdi.

    Etmədi, sona qədər Azərbaycanın güclənməsini özü üçün təhlükə gördü və buna hər vəchlə mane olmağa çalışdı: xüsusi xəfiyyələrini Azərbaycana göndərdi, Azərbaycanda dövlətə qarşı çıxmağa hazır olan “əşirətlər/kəndlər” yetişdirməyə ətək-ətək pul xərclədi, məzhəb faktorundan sui-istifadə etməyə çalışdı...

    Bütün bu siyasətinin nəticəsi olaraq 90-cı illərdən Azərbaycanın İsraillə yaxınlaşmasına səbəb oldu. İsrail də fürsəti qaçırmadı – bütün dünyada ən böyük güc olan yəhudi diasporu Azərbaycana misilsiz dəstək verməyə başladı; İsrail öz texnologiyalarını Azərbaycanla bölüşdü; iş o yerə çatdı ki, bu ölkənin ən ağıllı şəxslərindən, milli ideoloqlarından olan məşhur simalar, Türkiyəyə qarşı kəskin mövqedə duranlar belə Azərbaycanın bir nömrəli dostuna çevrildi və bütün müstəvilərdə Bakının haqlı davasını qorumaq üçün açıq-gizli dəstəyə başladı.

    3. İran təkcə Azərbaycanı uduzmadı ki! Ermənistanda da Qərb ciddi işlər görməyə başladı.

    ABŞ-ın dünyada ən böyük səfirliyi Ermənistanda yerləşir; ABŞ-ın MDB-də ən çox biolaboratoriyaları Ermənistandadır və s.

    2015-ci ildən başlayaraq, Ermənistan da İranın bölgədə sürətlə uduzduğunu görürdü və bütün vasitələrlə asılılığı azaltmaq istəyirdi: 2017-ci ildə Ermənistan AB ilə aşağı səviyyəli də olsa, assosiativ saziş imzaladı, Avropa və ABŞ sivil toplumlarını kütləvi şəkildə ölkəyə buraxdı, hətta İsraildə səfirlik də açdı...

    İran “ayılmadı” və yaxud illərdir yanlış mövqe seçdiyini etiraf edib, siyasətində redaktələr etmək əvəzinə 44 günlük savaşda da “gizli müharibəsini” davam etdirdi.

    Səbəb yalnız İsraildirsə, İran İsraili bölgəyə buraxmamaq üçün daha fərqli, ədalətli, beynəlxalq hüquqa və islam həmrəyliyinə uyğun olaraq Azərbaycanla əməkdaşlığı ön plana qoya bilərdi.

    4. 44 günlük savaşdan sonra SEPAH-ın rəsmi mövqeyi necə oldu?

    “Qarabağda ermənilərə “status” mütləq olmalıdır”, “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” və s. şəklində!

    30 illik işğal müddətində İran rəsmilərinin Azərbaycanla bağlı mövqeyi belə olub: ən yaxşı halda “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” sözü onların ağzından naqqaşla çıxarılıb, bir çox halda bu sözü təkidli suallarla almışıq, ancaq “xalqların öz müqəddəratını həll etmək prinsipini”ni böyük həvəslə deyiblər, münaqişəni dondurmaq və işğalı uzatmaqla məşğul olan Minsk Qrupunu təqdir ediblər.

    SEPAH 30 il ərzində bircə dəfə də olsun “Azərbaycanın ərazi bütövlüyü qırmızı xəttimizdir” sözünü dilə gətirməyib!

    Bura Azərbaycanda casus şəbəkəsi, ölkəyə külli miqdarda narkotik ixracını, əvəzində Ermənistana yatırımlar, kreditlər, meqalayihələr, yardımları da əlavə edin...

    İran İsraili necə sevindirir!

    İranın hazırkı hərbi meydanoxuması, Azərbaycanla sərhədə külli miqdarda hərbi texnika, PUA, raket və s. cəmləməsi və “4 min raket” hədəsi reallıqla uzlaşırmı?

    Əslində, İranın bu mövqeyi İsrailin və Qərbin maraqlarına xidmət edir.

    Ona görə ki:

    1. İsrail artıq bir neçə ay öncə İrana hərbi zərbə endirmək üçün tam hazır olduğunu elan edib və ABŞ-la bu mövzuda dəfələrlə müzakirələr aparıb.

    İranın Azərbaycana qarşı hər hansı hərbi cəhdinin ilk saniyələrində İsrail bu ölkəyə ağır zərbə endirmək üçün unikal şans qazanacaq. Artıq İsrailə “dur” deyən olmayacaq, əksinə, ABŞ başda olmaqla, bir çox ölkə əməli hərbi fəaliyyətə keçəcək.

    2. Türkiyə heç bir halda bitərəf mövqe tutmayacaq. Ən azı Şuşa Bəyannaməsi var və bütün Azərbaycan ərazisi Türkiyənin hərbi himayəsi altındadır. Aydındırmı?

    NATO-nun ikinci ən böyük ordusuna və güclü PUA-lara (yəni “ən yeni müharibə” aparmaq baxımından dünya lideri) malik Türkiyəni qarşısına almaq Ukraynanın mülki təyyarəsini “düşmən obyekti” sayan, təlim zamanı çaşıb öz gəmisini məhv edən İranın həddi deyil.

    3. Pakistan Azərbaycanı hər hansı müdaxilə zamanı tək qoymayacağını artıq sübut edib.

    İsrail qeyri-rəsmi, Pakistan isə rəsmi olaraq nüvə gücüdür. İran Azərbaycana raket uçurmaq hədəsi ilə Bakının müttəfiqi olan dünyanın ən azı iki nüvə gücünə qarşı çıxa bilərmi?

    4. Əslində, şərti olaraq sıraladığımız bu bölgüdə indi yazacağımız məsələ Birinci olmalıdır. Yəni:

    İran əhalisinin yarısını azərbaycanlılar təşkil edir. İranda yaşayan digər türk qövmlərini də bura əlavə etsək, İran əhalisinin 60 faizi alınır.

    Azərbaycanlılar eyni zamanda İran ordusunun onurğa sütunudur. İranın Azərbaycana qarşı hər hansı aqressiyası zamanı bu ölkə daxildən rəsmən partlayar!

    Əlbəttə, azərbaycanlıların böyük əksəriyyətinin İranı öz dövləti saydığı hər kəsə bəllidir və onların bir hissəsinin də ümumiyyətlə milli hisslərdən uzaq olduğunu düşünmək üçün xeyli əsas var. Ancaq insan o qədər mürəkkəb varlıqdır ki! Tarixən sübut olunub: şəxsin milli kimliyinin oyanması an məsələsidir – hətta milli varlığını unudan (və ya unutdurulan) şəxsin də!

    40 milyonluq azərbaycanlının milli duyğularının oyanıb, kütləviləşməsi sözün bütün mənalarında bir anda baş verə bilər! İranın milli mənliyə yönələn istənilən qəsdi ən azı 10 milyonun dərhal meydana çıxması, ordu içərisindən isə yüzminlərin dövlətə qarşı üsyanı demək olar.

    Çünki 50 milyonluq azərbaycanlının vətəni Azərbaycan Respublikasıdır! Bu ölkə 50 milyon üçün müqəddəsdir – bunu ölkəmizə real təhdid anında bütün dünya görə bilər.

    İran bunu sınamaq istəyirmi?

    İranın Azərbaycanla hərbi ritorikada danışması heç bir halda milli və dövləti maraqlarına cavab vermir.

    İranın son addımları yalnız Tehranın düşmənlərinin əlinə oynayır.

    Amma bütün hallarda tarixi günlər yaşanır: İran bu addımları ilə güneylilərin milli hisslərinə müstəsna töhfə verir...

    axar.az
    loading...