Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İran qorxdu: Rəisidən nə gözlənirdi, nə dedi... - Tarasov
  • Bakı və İrəvanın bu qərarı bizi çətin vəziyyətə saldı
  • Akar dəvət etdi, Zakir Həsənov Türkiyəyə getdi
  • Bu şəxsləri 15 ilədək həbs gözləyir
  • Keçmiş MTN generalı barəsində hökm dəyişdirildi
  • Azərbaycanın quru sərhədlərini açmamasının əsl səbəbi
  • AZAL Barselonaya reysləri bərpa edir
  • Türkmənistandan səfirliyimizə hücumla bağlı açıqlama
  • Belarus Azərbaycana başsağlığı verdi
  • Sülhməramlıların 45 maşını aksiya ərazisindən keçdi
  • Prezident: "Sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı dayandırılmalıdır"
  • Naxçıvanın müdafiə potensialı gücləndiriləcək
  • Günəş enerjisi kitab təqdimatı
  • Vasif Talıbovun xidməti maşını və mühafizəsi əlindən alındı
  • Azərbaycanda yeni medal təsis olunur
  • Bakı Metropoliteni sıxlıqla bağlı məlumat yaydı
  • Leyla Abdullayeva “Le Monde” qəzetini tənqid etdi
  • Türkmənistan prezidenti MM spikerini təltif etdi
  • Rasim Məmmədova bəraət istənildi
  • Vilayət Eyvazov yeni rəis təyin etdi
  • Naxçıvandakı əməliyyatla bağlı Talıbovun mövqeyi bilindi
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • 02 Eki 2020, 22:24   
        399


    Ermənilərin atdığı mərmi İranla sərhədə düşdü - YANĞIN BAŞLADI

    Ermənilərin atdığı mərmi İranla sərhədə düşdü - YANĞIN BAŞLADI
    Azərbaycan Ordusu ilə döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən Ermənistan silahlı qüvvələri əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

    XEBERTV.AZ xəbər verir ki,FHN-dən Publika.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə - İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür. Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşlarımızın həyatına hər hansı təhlükəsi yoxdur.

    Bundan başqa, mənfur düşmənin artilleriya atəşi altında saxlaması səbəbindən Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

    Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.
    loading...