
Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə BMV markalı minik avtomobilini götürərək yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub.
Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.