Xəbər lenti
Axtar
16 Mar 2023, 21:45   
    56


İnterpolun saxladığı Azər Kazım azad edildi

İnterpol tərəfindən saxlanılan azərbaycanlı mühacir Azər Kazım bu gün məhkəmənin qərarı ilə azad edilib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, ötən gün İsveçdən Norveçə gələn Azər Kazım Osloda saxlanılıb. Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında İnterpolda axtarılanlar siyahısındadır.

Azər Kazım Oslo polisinə təhvil verilib. Bundan sonra onu müdafiə edən vəkil ailəsi ilə birgə sənədlərin qaydaya salınmasına yardım edib. Məhkəmə isə onun azadlığa buraxılması qərarına gəlib.
loading...