Xəbər lenti
Axtar
03 Ara 2022, 22:12   
    48

Salyanda hamilə qadın xəstəxanada öldü

Salyanda hamilə qadın xəstəxanada dünyasını dəyişib.

XEBERTV.AZ Report-a istinadən xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 2003-cü il təvəllüdlü Gülyanaq Cəlal qızı Çobanova Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, 26-27 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən anomal vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.
loading...