
3 maşın toqquşdu: iki polis yaralandı, ölən var - Video
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Yevlax-Ağdam magistral avtomobil yolunun Bərdə rayon Şirvanlı kəndi ərazisində qeydə alınıb. “Toyota”, “Niva” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.
Həlak olan şəxs Bərdə rayon Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Şəhla Dadaş qızı Eyvazovadır.
Müxtəlif bədən xəsarətləri alan Əhəd Mehbalı oğlu Həziyev, Afaq Mehbalı qızı Zeynalova, Mülayim Məmiş qızı Həziyeva, Ələmdar Məhərrəm oğlu Dadaşov, Sədi Cəlal oğlu Cəlalov, Kənan Həsən oğlu Hüseynov Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşlarıdır.
Daha ətraflı Baku TV-nin süjetində: