Xəbər lenti
Axtar
08 Eyl 2019, 21:48   
    668


Bakı-Quba yolunda avtomobil aşdı: yaralı var -VİDEO
BAKI-XEBERTV.AZ

Bakı-Quba avtomobil yolunun Zarat postu yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, "Lada Priora" marakalı minik vasitəsinin sürücüsü idarəetməni itirərək avtomobili yol kənarına aşırıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım maşını və yol polisi əməkdaşları cəlb olunub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb. Bir müddət yolda sıxlıq müşahidə olunub və yol polisinin müdaxiləsindən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır

loading...