Xəbər lenti
Axtar
01 Mar 2018, 23:14   
    825
Bakıdakı dəhşətli yanğının səbəbi açıqlandı


Bakıdakı dəhşətli yanğının səbəbi açıqlandı

Respublika Narkoloji Mərkəzində yanğın binanın daxilindəki elektrik xətlərində olan problem nəticəsində baş verib.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a Azərişıq ASC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, “Azərişıq” sayağaca qədər gələn elektrik xətlərində baş verən hər hansı qəzaya cavabdehlik daşıyır: “Binanın daxilindəki xətlərə nəzarət etmək bizim səlahiyyətimiz çərçivəsində deyil. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmalar başa çatandan sonra yanğının dəqiq səbəbi bilinəcək”.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında dəhşətli yanğın baş verib. Nəticədə 25 nəfər ölüb, 3 nəfər yaralanıb.
loading...