Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 21 Mayıs 2023, 23:26   
        36

    Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi

    Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın Ermənistanla bağlı sözləri müzakirə edilir. Belə ki, Binəli Yıldırım Ermənistanın mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşdığını, ancaq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdiyini açıqlayıb. Almatı Bəyannaməsinə sadiqliyini hələ bir neçə ay əvvəl təsdiqləyən, 14 mayda isə Brüsseldə Azərbaycan Prezidenti və AŞ rəhbəri ilə üçtərəfli görüş keçirən Ermənistan Baş naziri niyə 15 mayda Azərbaycanın ərazi bütövlüyünü tanımadığını elan etməli idi?

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Avropada yaşayan jurnalist Elbəyi Həsənlinin münasibəti maraq doğurub. Onun fikrincə, 14 mayda Türkiyədə keçirilən prezident seçkilərində Kamal Kılıçdaroğlu qalib gəlməli, 15 mayda onun Türkiyənin yeni prezident olduğu elan edilməli idi, bu isə İrəvanın destruktiv addımlarına səbəb olacaqdı.

    “Niyə Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasını bu qədər uzatdı? O, ümid edirdi ki, Ərdoğanın gedişindən sonra qüvvələr nisbəti kəskin şəkildə Ermənistanın xeyrinə dəyişəcək. Bəli, sayın Kılıçdaroğlu prezident seçilsəydi, məhz elə də olacaqdı.

    Düşüncəmə görə, mayın 14-dəki seçkilər Türkiyə və Azərbaycanın, bütövlükdə türk dünyasının dostları ilə düşmənləri arasında gedirdi. Qərbin dəstək verdiyi PKK və Daşnaksütyun zehniyyəti ilə türk kimliyi arasındakı mübarizənin birinci turu başa çatıb. İkinci turda türk kimliyinin ciddi səs çoxluğu ilə qələbə çalacağı gözlənilir. Sayın Ərdoğanın qələbəsi rəsmiləşəndən sonra Ermənistan həm Türkiyə, həm də Azərbaycanla çox qısa zamanda anlaşacaq”, - o qeyd edib.
    loading...